Azərbaycanda qadın siyasətinin effektivliyi: Hüquqi islahatlardan real nəticələrə
06.03.2026 [16:04]
Azərbaycan Respublikasında qadın siyasətinin effektivliyinin təmin olunması məqsədilə atılan addımlar ölkənin demokratik inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Dövlət səviyyəsində qəbul edilən hüquqi sənədlər qadınların siyasi, sosial, iqtisadi və mədəni həyatda rolunun artırılmasına güclü zəmin yaradıb.
Azərbaycanın 1995-ci il iyunun 30-da qoşulduğu BMT-nin Birləşmiş Millətlər Təşkilatı-nın “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyası ölkəmizin gender bərabərliyi sahəsində beynəlxalq öhdəliklərini müəyyənləşdirdi. Bu sənəd qadın hüquqlarının qorunması istiqamətində dövlət siyasətinin formalaşmasına mühüm təsir göstərdi.
Həmin öhdəliklərin daha geniş miqyasda həyata keçirilməsi məqsədilə 1998-ci il 14 yanvar tarixində ümummilli lider Heydər Əliyev tərəfindən “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” Sərəncam imzalandı. Bu sənəd qadınların dövlət idarəçiliyində, ictimai-siyasi proseslərdə və qərar qəbuletmə mexanizmlərində fəal iştirakını təşviq etdi. Sərəncam institusional mexanizmlərin yaradılmasına, qadın problemlərinin dövlət səviyyəsində sistemli şəkildə həllinə şərait yaratdı.
Gender siyasətinin hüquqi əsaslarının daha da möhkəmləndirilməsi istiqamətində mühüm addım isə 2006-cı il 10 oktyabr tarixində qəbul edilən “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanunu oldu. Bu qanun cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, kişi və qadınlara ictimai həyatın bütün sahələrində bərabər imkanların yaradılmasını təmin edir. Qanun gender bərabərliyinin hüquqi mexanizmlərini müəyyənləşdirərək dövlət orqanlarının bu sahədə məsuliyyətini konkretləşdirir.
Bu hüquqi baza nəticəsində qadınların parlamentdə, dövlət qulluğunda, təhsil və səhiyyə sektorunda, sahibkarlıq fəaliyyətində və vətəndaş cəmiyyəti institutlarında təmsilçiliyi artmışdır. Eyni zamanda, gender əsaslı zorakılıqla mübarizə, qadın sahibkarlığının təşviqi və sosial müdafiə tədbirləri dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir.
Beləliklə, ölkəmizdə qadın siyasətinin effektivliyi ilk növbədə güclü hüquqi baza, beynəlxalq öhdəliklərə sadiqlik və siyasi iradə ilə təmin olunmuşdur. Qadınların cəmiyyət həyatında artan rolu Azərbaycanın davamlı inkişafına, sosial ədalətin möhkəmlənməsinə və demokratik dəyərlərin güclənməsinə mühüm töhfə verir.
Rauf Nəcəfov
YAP Sədərək rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

