Qazaxda Soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib
31.03.2026 [16:37]
31 mart 2026-cı il tarixində YAP Qazax rayon təşkilatı, Qazax rayon İcra Hakimiyyəti və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, Ümummilli Lider Heydər Əliyevin və müqəddəs şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib. 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş film nümayiş etdirilib.
Tədbirdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova, Qazax - Tovuz Regional İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, BDU Qazax filialında İctimai və Təbiət Fənləri Kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Mübariz Süleymanov, Qazax rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, Qazax Tarix Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova çıxış ediblər.
Natiqlər qeyd ediblər ki, Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş mart soyqırımıdır. Xüsusi vurğulanıb ki, görünməmiş qəddarlıqla törədilən bu qırğın illər boyu xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı mərhələsi olub.
Çıxışlarda bildirilib ki, Ulu Öndər Heydər Əliyevin 26 mart 1996-cı il tarixli Fərmanı ilə 31 Mart tarixinin Azərbaycanlılarının Soyqırımı Günü elan edilməsi yaşadığımız hər bir faciənin əsaslı şəkildə dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rol oynayıb. Hər il bu mühüm hadisənin qeyd edilməsi Azərbaycan həqiqətlərinin təbliği, erməni vəhşiliklərinin ifşası yönümündə atılan addımların təqdimatı olur.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Möhtərəm Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi, eyni zamanda, “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamı 1918-ci ilin mart hadisələrinin bir daha beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynayır.
Faciədən 108 il keçməsinə baxmayaraq, müdrik xalqımız bu soqırımı böyük ürək ağrısı ilə xatırlayır. Bununla yanaşı, hər bir vətəndaş qalib xalqın nümayəndəsi kimi bu gün Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında əldə olunan uğurlarla fəxr edir, müstəqil, suveren Azərbaycanın regionda və dünyada artan nüfuzundan qürur duyur.
Xəbər lenti
Hamısına baxAnalitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30

