YAP Qaradağ rayon təşkilatının fəalları Palçıq Vulkanları Kompleksinə səfər ediblər
11.04.2026 [21:56]
10 aprel 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının fəalları Qobustan qəsəbəsi yaxınlığında yerləşən Palçıq Vulkanları Turizm Kompleksinə səfər ediblər.
Səfərin məqsədi haqqında iştirakçılara məlumat verən YAP Qaradağ rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov Qaradağ rayonu ərazisində yerləşən bu beynəlxalq əhəmiyyətli kompleksin Prezident İlham Əliyevin göstərişinə əsasən 2024-cü ildə inşa edildiyini və hazırda Birinci Vitse prezident Mehriban xanım Əliyevanın şəxsi himayəsi altında olduğunu bildirib. Qeyd edib ki, Qobustan kəndi ərazisində yerləşən kompleks ziyarətçilərdə Azərbaycanın zəngin təbiəti, mədəniyyəti və faunası barədə ətraflı məlumat almağa imkan yaradır. Səfər həmçinin YAP fəallarının Vətənimizi daha yaxından tanımaları, onların asudə vaxtının və mədəni istirahətinin mənalı təşkili, öz aralarında şəbəkələşmənin daha da inkişaf etməsi məqsədinə xidmət edir.
Sonra xüsusi bələdçi tərəfindən qonaqlara kompleks barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, Bakıdan təqribən 60 kilometr məsafədə yerləşən bu təbiət qoruğu 12 hektar ərazini əhatə edir və burada informasiya mərkəzi, minerallar sərgisi və təbiət tarixi bölmələri fəaliyyət göstərir. Qonaqlara kompleksdə nümayiş olunan eksponatlar barədə ətraflı məlumat verilib. Açıq havada yerləşən palçıq vulkanlarını maraqla izləyən qonaqlara bildirilib ki, Azərbaycan planetimizdə palçıq vulkanlarının geniş yayıldığı region kimi tanınır. Palçıq vulkanlarının sayına, növlərinə və aktiv fəaliyyətinə görə dünyada Azərbaycan ərazisinə oxşar yer yoxdur. Dünyada mövcud olan palçıq vulkanlarının 350-dən çoxu ölkəmizdə yerləşir və müxtəlif bölgələrə paylanıb. Kompleksdə “Qılınc” (Pirəkəşkül palçıq vulkanı) palçıq vulkanını yaxından izləmək mümkündür. Bu vulkanlar bir sırada düzülmüş 8 təpədən ibarətdir. Ümumilikdə ölkəmizdəki vulkanların 60 faizi aktiv sayılsa da, elmi mənbələrdə “Qılınc” vulkanının güclü püskürmələri barədə məlumat yoxdur. Vurğulanıb ki, Azərbaycanın palçıq vulkanları ilə tanışlıq ziyarətçilərə planetimizin möcüzəli təbiət hadisəsini izləmək, Yerin geoloji quruluşu barədə bilgilərini dərinləşdirmək üçün unikal fürsət yaradır.
Kompleksin kafesində çay süfrəsi arxasında davam edən söhbətdə çıxış edən YAP Qaradağ rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov iştirakçılara partiyanın işində fəal iştiraka görə təşəkkürünü bildirib. Qeyd edib ki, partiyanın rayon təşkilatı partiya üzvləri ilə əlaqələri daha da yaxşılaşdırmaq, fəallar arasında şəbəkələşməni genişləndirmək, ərazi partiya təşkilatları ilə birgə fəaliyyəti sıxlaşdırmaq məqsədilə gələcəkdə belə səfərləri daha çox təşkil etməyi planlaşdırır.
Söhbətdə iştirak edən kompleksin rəhbəri Elamin Didirova göstərilən qonaqpərvərliyə və ətraflı məlumata görə təşəkkürünü bildirən F. Qurbanov qoruğun əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Kompleksin direktoru E. Didirov kollektiv səfərə və göstərilən marağa görə minnətdarlığını bildirib. Qarşılıqlı əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını bildirib.
Xəbər lenti
Hamısına baxDünya
10 May 22:12
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50

