Əbədiyaşar elm xadimi
14.04.2026 [11:18]
Azərbaycanın görkəmli alimi, Əməkdar elm xaidimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, alim-oftalmoloq Zərifə Xanım Əliyeva eyni zamanda böyük filosof, gözəl pedaqoq idi. Zərifə xanım özünü elmi, pedaqoji, ictimai həyatdan kənarda təsəvvür etmirdi. Görmə orqanına müxtəlif zərərli amillərin təsirini araşdırmaq məqsədilə respublikanın istehsal sahələrində elmi tədqiqatlar aparırdı.
Onun apardığı tədqiqatlar geniş bir dairəni – gözün ön nahiyəsinin və çıxıntılarının, şəffaf örtüyünün, gözdaxili təzyiqin, görmə dairəsinin tədqiqatlarını əhatə edirdi.
Yod və şin istehsal sahələrində çalışan işçilər üçün bəzi dəyişikliklər daha xarakterik idi: göz qişasında həssaslığın azalması, şəffaf örtüyün zəiflənməsi həmin tədqiqatlarda kimyəvi məhsulların konsentrasiyasının normadan artıq olmasının sexdə uzun müddət çalışan işçilərin görmə orqanına təsirinə xüsusi diqqət yetirilirdi.
Zərifə xanım peşə patologiyası sahəsində görkəmli oftalmoloq, geniş profilli mütəxəssis həkim olmaqla yanaşı, həm də gözəl pedaqoq idi.
Zərifə xanım Əliyeva peşə patologiyasına və digər problemlərə həsr olunan əsas tədqiqatları ilə bunu bir daha sübuta yetirdi. Çalışdığı dövrdə peşə diaqnostikasına dair monoqrafiyanı nəşr etdirdi. Onu elmi tədqiqatları arasında göz damarlarının anormallığı, gözün hidrodinamik sistemi məsələləri də əsas yer tutur.
Elmi tədqiqatların yüksək səviyyəsinə, sosial əhəmiyyətinə, ictimai fəallığına, pedaqoji istedadına görə haqlı olaraq Zərifə xanım Əliyeva Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü kimi fəxri ada layiq görüldü.
Zərifə xanım həm görkəmli alim, həm də gözəl qadın, qayğıkeş ana xeyirxah, işgüzar insan idi. Ümummilli liderimiz Heydər Əliyev Zərifə xanım haqqında deyirdi: “O çox istedadlı, çox xeyirxah, çox sadə insan idi”.
Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.
O, oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparmış, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf etmiş, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının axtarılması yollarında dəyərli elmi-tədqiqatlar aparmışdır.Onun elmi fəaliyyətinin əsas istiqamətlərindən biri də peşə oftalmologiyasına həsr edilmişdir.
Alim dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktik olaraq elm aləmində yeni bir istiqamətin – "peşə oftalmologiyası"nın əsasını qoymuşdur. Oftalmologiyada peşə xəstəlikləri problemi Zərifə xanımın adı ilə bağlıdır. Zərifə xanım elmdə ilk dəfə olaraq yod və şin sənayesi işçilərinin görmə orqanında yaranan peşə xəstəliklərini öyrənmiş və bu xəstəliklərin profilaktikası tədbirlərini işləyib hazırlamışdır. Onun bu istiqamətdə apardığı elmi-tədqiqat işləri dünya ədəbiyyatında analoqu olmayan nadir tədqiqatlar sırasındadır. Görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə görə akademik Zərifə Əliyeva keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafat olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Aver-bax adına mükafatına layiq görülmüşdür.
Ülvi keyfiyyətlərə malik olan akademik Zərifə xanım Əliyeva öz elmi fəaliyyətində etika və tibbi deontologiya məsələlərinə xüsusi yer vermişdir. O, bu mövzuya dair baxışlarını oftalmoloji ictimaiyyət və praktik həkimlər tərəfindən böyük rəğbətlə qarşılanmış "Həkimin yüksək vəzifəsi" və "Oftalmologiyanın aktual problemləri" monoqrafiyalarında ətraflı işıqlandırmışdır.
Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyeva təbabətdə öz dəst-xətti olan novator bir alim idi. O, elmi-pedaqoji fəaliyyətində yüksək ixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirmişdir.
Zərifə xanım Əliyeva çox sadə və insanlarla münasibətdə səmimi, insansevvər, yüksək dünyagörüşlü mütəxəssis, dərin tədqiqatçı idi. Cənab prezidentimiz İlham Əliyev Zərifə xanım haqqında demişdir: “Mənim anam əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi”.
Akademik Zərifə xanım Əliyevanın ideyaları, nurlu xatirələri Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır!
Qadir İbrahimov
Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

