Azərbaycan-Ukrayna münasibətlərində yeni mərhələ başlayır
28.04.2026 [11:32]
Dövlət başçılarının qarşılıqlı səfərləri ölkələr arasında əlaqələrin inkişafında mühüm rol oynayır. Xarici siyasətində daim ikitərəfli əməkdaşlığa xüsusi önəm verən Azərbaycanın bu istiqamətdə qazandığı uğurlar davamlıdır. Bunun üçün cari ilin ötən dövründə Prezident İlham Əliyevin xarici ölkələrə, həmçinin bu və ya digər dövlət başçılarının Azərbaycana səfərlərinin say tərkibinə, keçirilən beynəlxalq tədbirlər çərçivəsində liderlərin görüşlərinə diqqət yetirmək kifayətdir. Tarixi Zəfərimizin, suverenliyimizin bərpası fonunda Azərbaycanın dünyaya təqdim etdiyi sülh modeli bu əlaqələrin inkişafında mühüm rol oynayan əsas amillərdəndir.
Son 30 ildən artıq müddətdə Azərbaycan və Ukrayna arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığımızın iqtisadi, ticarət, humanitar, mədəniyyət və digər digər sahələrində inkişafına təkan verir və münasibətlərimizin məzmunca zənginləşməsinə zəmin yaradır. Azərbaycan-Ukrayna əlaqələri ikitərəfli formatla yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində də uğurla davam etdirilir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkələrimiz daim bir-birinə qarşılıqlı dəstək nümayiş etdirirlər. Ümumiyyətlə, Azərbaycan ayrı-ayrı dövlətlərlə ikitərəfli əlaqələrdə humanitar sahənin inkişafına öz töhfəsini verir. Bu, Azərbaycan dövlətinin humanizm prinsiplərinə əsaslanan siyasətindən irəli gəlir. 30 ildən artıq müddətdə Ermənistanın hərbi təcavüzünün yaratdığı humanitar fəlakətin ağrı-acılarını yaşamış Azərbaycan münaqişədən əziyyət çəkən regionlara, xalqlara həmişə humanitar dəstək verir. Bu humanitar dəstək bir neçə formada özünü göstərir. Bunlardan biri Ukraynadan olan uşaqların reabilitasiya proqramlarının həyata keçirilməsidir. Yaxın vaxtlara kimi özü bu problemi yaşamış Azərbaycan yaxşı bilir ki, müharibənin ilk psixoloji travmasını uşaqlar alır. Buna görə də mütəmadi əsasda ukraynalı uşaqların Azərbaycanda reabilitasiyası həyata keçirilir. Yaxın vaxtlarda ukraynalı tələbələrin Azərbaycanda reabilitasiya proqramı həyata keçiriləcək.
Azərbaycan və Ukrayna Prezidentlərinin aprelin 25-də Qəbələdə keçirilən təkbətək və geniş tərkibdə görüşlərində, dövlət başçılarının mətbuata birgə bəyanatlarında bu məqamlara xüsusi diqqət yönəldildi. Ölkəmizin Ukraynaya humanitar dəstəyini, eyni zamanda, Azərbaycan dövləti tərəfindən ukraynalı uşaqlara olan diqqət və qayğını yüksək qiymətləndirən Volodimir Zelenski bütün bunlara görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Tezliklə bir qrup ukraynalı tələbənin reabilitasiya məqsədilə, həmçinin Azərbaycanın mədəniyyəti və incəsənəti ilə tanış olması üçün ölkəmizə səfərinin nəzərdə tutulduğu vurğulandı.
Nəbi Hacıyev
YAP Sabunçu rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

