Dostluq və strateji tərəfdaşlıq münasibətləri
06.05.2026 [10:41]
Elməddin Abbasov
YAP Ağdam rayon təşkilatının əməkdaşı
Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri 1992-ci ildə diplomatik əlaqələrin qurulmasından bu günədək uğurla inkişaf edir.
Mayın 4-də İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycan Respublikasına həyata keçirdiyi rəsmi səfər iki ölkə arasında mövcud münasibətlərin dinamik inkişafının mühüm mərhələsi kimi qiymətləndirilə bilər. Səfər çərçivəsində keçirilmiş görüşlər, aparılmış müzakirələr və verilmiş rəsmi bəyanatlar göstərir ki, Bakı və Roma arasında əməkdaşlıq artıq ənənəvi enerji tərəfdaşlığı çərçivəsini aşaraq daha geniş geosiyasi və iqtisadi məzmun kəsb etmişdir. Birgə bəyanatla çıxışı zamanı Dövlətimizin Başçısı cənab İlham Əliyev bildirdi ki, İtaliya şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətinin çox böyük tarixi var. Hazırda İtaliyanın 130-a yaxın şirkəti Azərbaycanda fəaliyyət göstərir. İstəyirəm ki, onların sayı daha da çox olsun. O cümlədən işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda İtaliya şirkətləri 23 layihə həyata keçirib və həyata keçirir. Xarici ölkələrin şirkətlərinə baxdıqda bu layihələrin icrasında İtaliya yenə qabaqcıl yerlərdədir. Təbii ki, bütün bu biznes, kommersiya, ticarət əlaqələri, şirkətlərin birgə fəaliyyəti və digər məsələlərlə yanaşı, biz bəlkə də ən vacib sahəni də unutmamışıq, o da təhsil sahəsidir. Ciorcia Meloninin Azərbaycana rəsmi səfəri Azərbaycan–İtaliya münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyini və yeni məzmunla zənginləşdiyini bir daha təsdiq edir. Bu münasibətlər yalnız ikitərəfli çərçivədə deyil, həm də daha geniş regional və qlobal miqyasda sabitlik, təhlükəsizlik və əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verir.
İtaliyanın Baş naziri Giorgia Meloninin səfəri çərçivəsində müzakirə olunan məsələlər yalnız mövcud sahələrlə məhdudlaşmayıb. Tərəflər iqtisadiyyatın şaxələndirilməsi, bərpa olunan enerji, nəqliyyat-logistika, sənaye, kənd təsərrüfatı və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını da nəzərdən keçiriblər. Xüsusilə “yaşıl enerji” və innovasiya sahəsində əməkdaşlıq yeni prioritet istiqamətlər kimi ön plana çıxır. Azərbaycanın bu sahədə həyata keçirdiyi layihələr İtaliya şirkətləri üçün də yeni imkanlar yaradır.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43

