Azərbaycan - İtaliya əlaqələri genişlənir
06.05.2026 [11:58]
Azərbaycan ilə İtaliya arasında münasibətlər son illərdə təkcə iqtisadi deyil, həm də siyasi və strateji baxımdan keyfiyyətcə yeni mərhələyə yüksəlib. Prezident İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Ciorgia Meloni arasında Bakıda keçirilən görüş və səsləndirilən bəyanatlar bu tərəfdaşlığın nə qədər dərin və çoxşaxəli olduğunu bir daha nümayiş etdirdi.
Öz bəyanatında cənab Prezident İlham Əliyev bildirdi ki, 2014 və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlıq bəyannamələri bu münasibətlərin əsasını təşkil edir. Bu sənədlərdə əksini tapan müddəaların bu gün real əməkdaşlıq müstəvisində uğurla həyata keçirilməsi iki ölkə arasında etimadın yüksək səviyyədə olduğunu göstərir. İtaliya Baş nazirinin Ermənistandan sonra Azərbaycana səfər etməsi isə yalnız diplomatik protokol deyil, həm də Bakıya göstərilən xüsusi diqqət və hörmətin simvolik ifadəsi kimi qiymətləndirilə bilər.
Siyasi dialoqla yanaşı, iqtisadi əməkdaşlıq da münasibətlərin aparıcı istiqamətlərindən biridir. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olaraq qalır və ticarət dövriyyəsinin 12 milyard dollara çatması bu əməkdaşlığın miqyasını aydın şəkildə göstərir. Xüsusilə energetika sahəsində tərəfdaşlıq iki ölkəni bir-birinə daha da yaxınlaşdıran əsas amildir. Azərbaycanın İtaliyanın enerji təminatında mühüm rol oynaması, həm neft, həm də qaz təchizatında ön sıralarda yer alması bu münasibətlərin strateji xarakterini daha da möhkəmləndirir.
Bu kontekstdə Cənub Qaz Dəhlizi və onun əsas komponentlərindən biri olan Trans Adriatik Boru Kəməri xüsusi əhəmiyyət kəsb edir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan qazının Avropaya, xüsusilə İtaliya bazarına çatdırılmasında mühüm rol oynayan bu layihənin genişləndirilməsi perspektivi tərəflər arasında gələcək əməkdaşlığın əsas istiqamətlərindən biri kimi çıxış edir.
Eyni zamanda, yeni əməkdaşlıq sahələri də formalaşmaqdadır. Hərbi-texniki əməkdaşlıq bu baxımdan diqqət çəkir və birgə istehsal layihələrinin həyata keçirilməsi imkanları iki ölkənin sənaye potensialının birləşdirilməsinə şərait yaradır. İtaliya texnologiyaları ilə Azərbaycan maliyyə resurslarının sintezi qarşılıqlı faydalı nəticələr vəd edir. Beləliklə, Azərbaycan–İtaliya münasibətləri artıq təkcə tərəfdaşlıq deyil, strateji müttəfiqlik səviyyəsinə yüksələrək müxtəlif sahələri əhatə edən dayanıqlı əməkdaşlıq modelinə çevrilib. Bu model qarşılıqlı maraqlar, etimad və uzunmüddətli perspektivlər üzərində qurulduğu üçün gələcəkdə daha da möhkəmlənəcəyi heç bir şübhə doğurmur.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
07 May 17:25
Dünya
07 May 16:49
Dünya
07 May 16:14
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59

