Azərbaycan–İtaliya əlaqələrinin real nəticələri
06.05.2026 [12:54]
Azərbaycan və İtaliya arasında münasibətlər son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək həm siyasi, həm də iqtisadi sahələrdə dinamik inkişaf nümayiş etdirir. Qarşılıqlı səfərlər, birgə layihələr və imzalanmış mühüm sənədlər bu əməkdaşlığın dayanıqlı və uzunmüddətli xarakter daşıdığını açıq şəkildə göstərir. 2014-cü və 2020-ci illərdə münasibətlərin bu səviyyəsini təsbit edən strateji tərəfdaşlığa dair iki bəyannamə imzalanmışdır. Cənab Prezident İlham Əliyevin mətbuata bəyanatında vurğuladığı kimi, bizim münasibətlərimizin əsasını təşkil edən bu iki sənəd və sənədlərdə təsbit edilmiş məsələlər bu gün həyatda da öz əksini tapır. İtaliyanın Baş nazirinin mayın 4-də Azərbaycanda olmağı bir daha Azərbaycan-İtaliya əlaqələrinin nə qədər dərin məzmunlu olmasından xəbər verir. Bu səfər Azərbaycana göstərilən hörmətin və xoş münasibətin bariz təzahürüdür.
Ölkələrimiz arasında münasibətlərdə ən mühüm məqamlardan biri energetika sahəsində əməkdaşlıqdır. Azərbaycanın nefti İtaliyanın enerji balansında birinci, qazı isə ikinci yerdədir. Bu fakt iki ölkə arasında münasibətlərin təkcə iqtisadi deyil, həm də strateji əhəmiyyət daşıdığını bir daha vurğulayır. TAP və Cənub Qaz Dəhlizi kimi nəhəng layihələr yalnız iqtisadi maraqlar deyil, həm də siyasi iradə sayəsində həyata keçib.
Hazırda əməkdaşlıq daha geniş miqyas alır. Elektrik enerjisinin ixracı üzrə aparılan işlər, Xəzərin dibi ilə Avropaya yönələcək yeni layihələr Azərbaycanın Avropa enerji təhlükəsizliyindəki rolunu daha da gücləndirəcək. Bu, ölkəmizin strateji mövqeyini daha da möhkəmləndirməklə yanaşı, İtaliya ilə münasibətlərə əlavə dəyər qatır. Hazırda İtaliyanın 130-a yaxın şirkəti Azərbaycanda fəaliyyət göstərir. O cümlədən işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda İtaliya şirkətləri 23 layihə həyata keçirib və həyata keçirir. Xarici ölkələrin şirkətlərinə baxdıqda bu layihələrin icrasında İtaliya yenə qabaqcıl yerlərdədir.
Diqqətçəkən digər bir məqam isə humanitar və təhsil sahəsindəki əməkdaşlıqdır. Məlum olduğu kimi, keçən il Bakıda böyük təntənə ilə İtaliya-Azərbaycan Universiteti açılmışdır. Azərbaycanda təhsilin inkişafına bu universitetin çox böyük təsiri və töhfəsi olacaq. Cənab Prezidentin qeyd etdiyi kimi, artıq 500-dən çox tələbə orada təhsil alır və gələcəkdə onlar həm peşəkar mütəxəssislər, həm də ki, Azərbaycanın İtaliyada və İtaliyanın Azərbaycanda təbii elçiləri olacaqlar. Beləliklə, bizim dostluğumuz bundan sonra inamla davam etdiriləcəkdir.
Yekun olaraq deyə bilərik ki, cənab Prezident İlham Əliyevin bəyanatı Azərbaycan və İtaliya arasında tərəfdaşlığın təkcə siyasi sənədlərdə deyil, real həyatda da öz təsdiqini tapdığını bir daha göstərdi.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20

