Sabunçuda “Ulu Öndər Heydər Əliyev: Müasir Azərbaycanın memarı” adlı tədbir keçirilib
08.05.2026 [19:14]
Sabunçu Rayon İcra Hakimiyyəti və YAP Sabunçu rayon təşkilatının birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev: Müasir Azərbaycanın memarı” adlı tədbir keçirilib.
Əvvəlcə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra Ümummilli Liderin zəngin həyat və siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, YAP Sabunçu rayon təşkilatı aparatının əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Sabunçu rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və müharibə iştirakçıları, təhsil, səhiyyə, mədəniyyət, xidmət və digər müəssisələrin rəhbərləri, YAP fəalları və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev bildirib ki, müasir Azərbaycanın memarı Ümumilli Lider Heydər Əliyev bu gün bütün dünyaya səs salmış müasir və müstəqil Azərbaycanın qurulması, inkişafı və tərəqqisində əvəzsiz rol oynamış, ictimai-siyasi, sosial-iqtisadi fəlakət astanasında olan Azərbaycanı uçurumdan, yox olmaqdan, daxili çəkişmələrdən xilas etmişdir. Ulu Öndərin iradəsi, cəsarəti və qətiyyəti, uzaqgörən və müdrik siyasəti nəticəsində xalqımızın Qarabağ həsrətinə son qoyulduğunu vurğuluyan A.Vəliyev Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünyanın ən qüdrətli, surətlə inkişaf edən, aparıcı dövlətə çevrildiyini, hər birimizin bugünkü Azərbaycanımıza görə Ulu Öndərimizə, ölkəmizin parlaq gələcəyinə görə isə cənab Prezident İlham Əliyevə minnətdar olduğumuzu qeyd edib.
Çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov qeyd edib ki, Azərbaycanlı olması ilə daim qürur duyan bu böyük şəxsiyyət həyatının 40 ildən artıq bir dövrünü ölkəmizin tərəqqisi naminə apardığı mübarizəyə həsr etmişdir. Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu 30 illik dövrü xalqımızın illərlə həsrətini çəkdiyi dövlət müstəqilliyinin əldə edilməsi, onun inkişafı və yüksəlişi naminə apardığı mübarizələr və qələbələr tarixi kimi vurğulayan A.Xudadanov Ulu Öndərin xalqın təkidi ilə 1993-cü il 15 iyun tarixində ikinci dəfə siyasi hakimiyyətə qayıdışının müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldığını diqqətə çatdırıb. Vurğulanıb ki, bu gün həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət göstərir ki, Ümummilli Lider Heydər Əliyevin ideyaları yaşayır və müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilir.
Tədbir Cahangir Cahangirov adına xor qrupunun və Müslüm Maqomayev adına Filarmoniyanın kamera orkestrinin kiçik heyətinin iştirakı ilə ədəbi-bədii proqram ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Dünya
29 İyul 20:16
Dünya
29 İyul 19:50
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21

