WUF13: Azərbaycanın şəhərsalma inkişafı və Qarabağın yenidən qurulması
20.05.2026 [10:55]
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimində çıxış edən Prezident İlham Əliyev forumun yüksək səviyyədə təşkil olunduğunu və iştirakçı sayına görə rekord nəticənin əldə edildiyini vurğulayıb. Dövlət başçısı bildirib ki, forumda dünyanın 182 ölkəsindən 45 mindən artıq iştirakçı qeydiyyatdan keçib. Bu göstərici tədbirin beynəlxalq nüfuzunu və Azərbaycana olan marağın artdığını nümayiş etdirir. Həmçinin, ölkəmizə ilk dəfə gələn çoxsaylı qonaqlar Azərbaycanı daha yaxından tanımaq, onun inkişafını görmək və xüsusilə şəhərsalma sahəsində həyata keçirilən işlərlə tanış olmaq imkanı əldə edəcəklər.
Çıxış zamanı Azərbaycanın coğrafi mövqeyinə də toxunulub. Vurğulanıb ki, ölkəmiz tarix boyu Avropa ilə Asiya arasında mühüm körpü rolunu oynayıb və Şərqlə Qərbin qovuşduğu məkan kimi tanınıb. Bu xüsusiyyət təkcə ölkənin mədəniyyətində deyil, həm də memarlıq üslubunda özünü açıq şəkildə göstərir. Bakının qədim tarixə malik hissəsi olan İçərişəhər ilə müasir memarlıq nümunələrinin bir arada mövcudluğu bunun bariz nümunəsidir. İnsan qədim qala divarları arasında gəzdikdən sonra bir neçə addım aralıda tamamilə fərqli, müasir şəhər mühiti ilə qarşılaşır. Həmçinin qeyd olunub ki, əvvəllər cəmi üç kilometr uzunluğunda olan Bakı Bulvarı bu gün artıq 15 kilometrdən çox ərazini əhatə edən geniş və məşhur sahilyanı istirahət məkanına çevrilib.
Dövlət başçısı çıxışında hazırda qarşıda duran əsas vəzifələrdən birinin Qarabağ və Şərqi Zəngəzur bölgələrinin yenidən qurulması olduğunu xüsusi qeyd edib. Bildirilib ki, bu ərazilər təxminən 30 il ərzində işğal altında qalıb və həmin müddətdə yaşayış məntəqələri, tarixi abidələr, sosial obyektlər və infrastruktur tamamilə dağıdılıb. Ağdam şəhərinin vəziyyəti xüsusilə diqqətə çatdırılıb. Xarici müşahidəçilər və müxtəlif qonaqlar şəhəri “Qafqazın Xirosiması” adlandırıblar. Çünki şəhər demək olar ki, tamamilə məhv edilmişdi və onun əvvəlki görünüşündən demək olar heç nə qalmamışdı. Bunun fərqli cəhəti isə ondan ibarətdir ki, Xirosima bir gün ərzində atom bombası nəticəsində dağıdıldığı halda, Ağdam uzun illər ərzində sistemli şəkildə məhv edilmişdir.
Hazırda həmin ərazilərdə genişmiqyaslı yenidənqurma və bərpa işləri aparılır. Böyük Qayıdış Proqramı çərçivəsində şəhər və kəndlərin baş planları hazırlanır və müasir infrastruktur qurulur. Son beş ildə bölgədə mühüm layihələr həyata keçirilib. Məsələn, çəkilən tunellərin ümumi uzunluğu 70 kilometrə çatıb və əlavə tunellərin tikintisi də planlaşdırılır. Həmçinin yüzlərlə körpü inşa olunub. Bununla yanaşı, elektrik stansiyaları, su anbarları, su təchizatı sistemləri, yaşayış evləri, məktəblər, xəstəxanalar, beynəlxalq hava limanları və dəmir yolu xətləri istifadəyə verilib. Bu qədər geniş işlərin qısa müddət ərzində görülməsi böyük inkişaf göstəricisi hesab olunur.
Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, Azərbaycanın müxtəlif bölgələrində şəhərsalma prosesi sürətlə davam edir. Belə beynəlxalq tədbirlərin keçirilməsi isə təcrübə mübadiləsi, yeni biliklərin əldə olunması və müxtəlif ölkələrin müsbət təcrübələrinin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxGündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20

