Enerji təhlükəsizliyində Azərbaycan modeli
03.06.2026 [11:35]
Bu gün dünya iqtisadiyyatının və sənayesinin hərəkətverici qüvvəsi olan faydalı qazıntılar bəzi hallarda birtərəfli yanaşmaların və əsassız ittihamların hədəfinə çevrilir. Lakin real dünya reallıqları və praqmatik yanaşma diktə edir ki, bəşəriyyətin mövcud mərhələdə ənənəvi enerji resursları olmadan tam fəaliyyət göstərməsi qeyri-mümkündür. Təbii sərvətlərə sahib olmaq hər hansı bir dövlətin günahı deyil, əksinə, bu, xalqların rifahı və müstəqilliyi üçün təbiətin bəxş etdiyi strateji bir imkandır.
Bakı Enerji Həftəsi çərçivəsində keçirilən mötəbər tədbirlərin rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bu məsələyə toxunaraq olduqca mühüm bir reallığı diqqətə çatdırmışdır. Dövlət Başçısı haqlı olaraq vurğuladı ki, uzun illər neft və qaz hasilatı ilə məşğul olan ölkələr və şirkətlər əsassız olaraq qarayaxma obyektinə çevrilir, planetin dağıdılmasında ittiham olunurdular. Lakin dünya faydalı qazıntı olmadan yaşaya bilməz.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, praqmatik olmalı, enerji təhlükəsizliyini təmin etməklə və bərpaolunan enerjiyə sərmayə yatırmaqla gələcəyimizi düzgün planlaşdırmalıyıq. Ölkələr sahib olduqları təbii resurslara görə deyil, bu resurslardan əldə etdikləri gəlirləri necə istifadə etdiklərinə görə mühakimə olunmalıdır.
Azərbaycan müstəqilliyinin ilk illərindən etibarən bu imkandan maksimum dərəcədə səmərəli istifadə edən, milli maraqları beynəlxalq tərəfdaşlıqla uğurla uzlaşdıran nadir ölkələrdən biridir. Müstəqilliyin bərpasının ilkin dövrlərində üzləşdiyimiz iqtisadi böhran, daxili sabitliyin pozulması və geosiyasi təzyiqlər fonunda neft və qaz resursları Azərbaycan üçün bir dövlət kimi ayaqda qalmağın, suverenliyi qorumağın yeganə və ən etibarlı yolu oldu. Həyata keçirilən müdrik və uzaqgörən enerji strategiyası ölkəni qısa müddətdə regional liderə və qlobal enerji bazarının etibarlı tərəfdaşına çevirdi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqın rifahının yüksəldilməsində və yaşıl gündəlik məsələlərində çox bariz bir nümunə ortaya qoymuşdur. Müasir dövrün çağırışlarına cavab olaraq, Azərbaycan bu gün həm də yaşıl enerji keçidinin ön sıralarında qərarlaşıb. Ənənəvi enerji növlərindən qazanılan iqtisadi güc indi bərpaolunan enerji mənbələrinin yaradılmasına və ekoloji layihələrin maliyyələşdirilməsinə yönəldilir. Ölkəmiz beynəlxalq investisiyalara tam açıq olmaqla yanaşı, həm də qlobal iqlim dəyişikliyi ilə mübarizəyə öz praktiki töhfəsini verir. Bu yanaşma sübut edir ki, əsl uğur birtərəfli ideoloji şüarlarla deyil, praqmatik, real hədəflərə söykənən və gələcəyi düzgün planlaşdıran strategiya ilə qazanılır. Bakı Enerji Həftəsində bəyan edildiyi kimi, milli maraqlara əsaslanan müdrik siyasət və beynəlxalq tərəfdaşlıq ölkəmizin dayanıqlı gələcəyinin əsas qarantıdır.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42

