Samuxda 15 İyun Milli Qurtuluş Günü münasibətilə rəsm sərgisi keçirib
09.06.2026 [14:16]
İyunun 9-da Samux rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Samux rayonu üzrə Təhsil Sektorunun və Samux rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında Milli Qurtuluş Günü münasibətilə rəsm sərgisi keçirilib.
Tədbirdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, Samux rayon İcra Hakimiyyətinin, YAP Samux rayon təşkilatının və Samux rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, Samux rayonu üzrə Təhsil Sektorunun nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov qeyd edib ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsidir. Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizi parçalanmaq və vətəndaş qarşıdurması təhlükəsindən xilas etmiş, dövlət müstəqilliyinin qorunub saxlanılmasını təmin etmişdir. Vurğulayıb ki, bu gün gənc nəslin Milli Qurtuluşun tarixi əhəmiyyətini dərindən öyrənməsi və vətənpərvərlik ruhunda yetişməsi mühüm vəzifələrdəndir.
Tədbirdə çıxış edən Samux rayonu üzrə Təhsil Sektorunun müdiri Nurlana Həsənova qeyd edib ki, Azərbaycan dövlətçiliyinin xilası və inkişafı məhz Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün olmuşdur. Bildirilib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz hərtərəfli inkişaf edir, əldə olunan uğurlar Milli Qurtuluş ideyalarının uğurlu davamının nəticəsidir.
Daha sonra rayonun ümumtəhsil məktəblərinin şagirdlərinin hazırladıqları rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib. Sərgidə nümayiş etdirilən rəsm işlərində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, müstəqil Azərbaycanın inkişaf yolu, dövlətçilik ənənələri və vətənpərvərlik mövzuları geniş əks olunub. Tədbir iştirakçıları şagirdlərin yaradıcılıq nümunələrini yüksək qiymətləndirərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Qeyd edək ki, rəsm sərgisində qalib gələn şagirdlərə diplom və qiymətli hədiyyələrin Milli Qurtuluş Günü münasibətilə keçiriləcək ümumrayon tədbirində təqdim edilməsi nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20

