/ / Tərtərdə “Ulu Öndər Heydər Əliyevin quruculuq siyasəti-müasir şəhərsalmanın etibarlı təməli” mövzusunda tədbir keçirilib
Tərtərdə “Ulu Öndər Heydər Əliyevin quruculuq siyasəti-müasir şəhərsalmanın etibarlı təməli” mövzusunda tədbir keçirilib
10.07.2026 [11:43]
2026-cı il “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Tərtər rayon təşkilatı, Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi ərazi partiya təşkilatında “Ulu Öndər Heydər Əliyevin quruculuq siyasəti-müasir şəhərsalmanın etibarlı təməli” mövzusunda tədbir keçirib.
Tədbirdə YAP Tərtər rayon təşkilatının əməkdaşı Gündüz Alıkişiyev və Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin kollektivi iştirak ediblər.
Dövlətçilik ənənələrinə sadiqlik ruhunda təşkil olunan görüşün açılışında Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı naminə canını fəda etmiş müqəddəs şəhidlərimizin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının məsləhətçisi Gündüz Alıkişiyev şəhərsalma mədəniyyətinin önəmini vurğulayaraq qeyd edib ki, hər bir xalqın tərəqqisi onun qurduğu həyat məkanında əks olunur və Azərbaycandakı müasir memarlıq siyasətinin möhkəm ideya əsasları məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə şəhərlərin planlı inkişafını, tarixi-mədəni irsin qorunmasını, yeni yaşayış məntəqələrinin salınmasını, sosial infrastrukturun genişləndirilməsini dövlət siyasətinin vacib istiqamətlərindən biri hesab edirdi.
Bu gün isə həmin uzaqgörən siyasi kurs Prezident cənab İlham Əliyev tərəfindən yeni dövrün çağırışlarına uyğun olaraq uğurla zənginləşdirilir.
Sonra çıxış edən Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Murad Zeynalov 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsini ölkəmizin davamlı quruculuq strategiyasının mühüm göstəricisi kimi dəyərləndirib. O, meliorasiya və su təsərrüfatı sisteminin müasir şəhərsalmanın ayrılmaz tərkib hissəsi olduğunu bildirərək, su ehtiyatlarının qorunması və ekoloji təhlükəsizliyin təminində sahə əməkdaşlarının üzərinə düşən məsuliyyəti diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Namiq Məmmədov, Ruqiyyə Ağayeva, Ələddin Kərimov və Azər Məmmədov respublikanın hər bir bölgəsində aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən danışıblar. Natiqlər xüsusilə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən, dünya şəhərsalma elmində yeni model sayılan "Ağıllı şəhər", "Ağıllı kənd" və yaşıl enerji layihələrinin dövlətimizin qüdrətini və strateji baxışını parlaq şəkildə nümayiş etdirdiyini vurğulayıblar.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

