Azərbaycan - Slovakiya əməkdaşlığının yeni üfüqləri
16.07.2026 [10:08]
Beynəlxalq münasibətlərdə dövlətlər arasında əməkdaşlığın davamlılığı təkcə imzalanan sənədlərlə deyil, qarşılıqlı etimadın səviyyəsi və əldə olunan nəticələrlə ölçülür. Azərbaycan ilə Slovakiya arasında son illərdə müşahidə olunan intensiv siyasi dialoq da məhz bu baxımdan diqqəti cəlb edir. Şuşada Prezident İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrininin verdikləri birgə bəyanatlar göstərdi ki, iki ölkə münasibətləri artıq yeni keyfiyyət mərhələsinə daxil olub. Dövlət başçımızın vurğuladığı kimi, son dövrdə qarşılıqlı səfərlərin intensiv xarakter alması və 2024-cü ildə strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin imzalanması münasibətlərin möhkəm siyasi təməl üzərində qurulduğunu təsdiqləyir. Ən mühüm məqamlardan biri isə odur ki, bu sənəd formal xarakter daşımır. Onun müddəaları real layihələr və konkret təşəbbüslər vasitəsilə həyata keçirilir. Bu da Azərbaycanın xarici siyasətində üstünlük verdiyi praqmatik əməkdaşlıq modelinin Slovakiya ilə münasibətlərdə də özünü doğrultduğunu göstərir.
Şuşada aparılan müzakirələrin geniş gündəliyi də təsadüfi deyildi. Energetika, iqtisadiyyat, ticarət, hərbi-texniki əməkdaşlıq, yeni texnologiyalar və digər istiqamətlər üzrə dialoqun paralel şəkildə inkişaf etdirilməsi tərəflərin əməkdaşlığı yalnız bir sahə ilə məhdudlaşdırmaq niyyətində olmadığını nümayiş etdirir. Bu yanaşma münasibətlərin uzunmüddətli və dayanıqlı inkişafına xidmət edən əsas amillərdən biridir. Slovakiyanın Qarabağın bərpasında iştirak etməsi isə ikitərəfli əlaqələrə xüsusi məna qazandırır və bu, xarici tərəfdaşların Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi yenidənqurma prosesinə verdiyi real töhfənin nümunəsidir. Prezident Pelleqrininin Qarabağa səfər etməsi və görülən işlərlə yerində tanış olmaq istəyi də Slovakiyanın bu prosesə formal deyil, praktik yanaşdığını göstərir. Bu, eyni zamanda beynəlxalq tərəfdaşların Azərbaycanın azad olunmuş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı quruculuq işlərini yaxından müşahidə etməsi və onları dəstəkləməsi baxımından mühüm siyasi mesajdır.
Diqqət çəkən başqa bir məqam Slovakiya Prezidentinin Azərbaycanı yaxşı tanıyan siyasətçi olmasıdır. Onun əvvəlki vəzifələrində də ölkəmizə səfərlər etməsi, COP29 çərçivəsində Bakıda olması və indi Prezident kimi rəsmi səfər reallaşdırması münasibətlərin ardıcıl inkişaf etdiyini göstərir. Şəxsi təmasların davamlılığı isə dövlətlərarası əməkdaşlığın daha da dərinləşməsinə əlavə stimul verir. Şuşada səslənən fikirlər bir daha nümayiş etdirdi ki, Azərbaycan və Slovakiya münasibətləri qarşılıqlı hörmətə, etimada və ortaq maraqlara əsaslanır. Bu əməkdaşlığın əsas üstünlüyü isə konkret nəticələrə hesablanmasıdır. Məhz buna görə də yaxın illərdə siyasi dialoqun, iqtisadi əlaqələrin və birgə layihələrin daha da genişlənəcəyi üçün möhkəm zəmin formalaşıb.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxGündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52

