Azərbaycan–Slovakiya münasibətlərində strateji tərəfdaşlığın yeni mərhələsi
17.07.2026 [12:19]
Elşən Alıyev
YAP Daşkəsən rayon təşkilatının sədr müavini
Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrinin Şuşada keçirdiyi görüş və birgə bəyanatı Azərbaycanın Avropa ölkələri ilə münasibətlərinin ardıcıl inkişaf etdiyini, ikitərəfli əməkdaşlığın isə yeni strateji mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirir. Azərbaycan–Slovakiya əlaqələri artıq təkcə siyasi dialoqla məhdudlaşmır, iqtisadiyyat, enerji, təhlükəsizlik, müdafiə sənayesi və Qarabağın bərpası kimi mühüm istiqamətlərdə də real nəticələr verən tərəfdaşlığa çevrilib.
Son illərdə Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə münasibətlərində müşahidə olunan dinamika Slovakiya ilə əlaqələrdə də özünü aydın şəkildə göstərir. Qarşılıqlı rəsmi səfərlərin intensivləşməsi, dövlət başçıları arasında formalaşmış səmimi dialoq və müntəzəm siyasi məsləhətləşmələr iki ölkə arasında etimadın yüksək səviyyədə olduğunu təsdiqləyir. Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri münasibətlərin davamlı inkişaf xətti üzrə irəlilədiyini nümayiş etdirir.
İki ölkə arasında 2024-cü ildə imzalanmış Strateji tərəfdaşlığa dair Birgə Bəyannamə münasibətlərin gələcək inkişafı üçün mühüm siyasi-hüquqi baza formalaşdırıb. Həmin sənəd tərəflərin uzunmüddətli əməkdaşlıq niyyətini təsdiqləməklə yanaşı, konkret layihələrin həyata keçirilməsi üçün də yeni imkanlar açıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, nümayəndə heyətlərinin tərkibinə baxmaq kifayətdir ki, hər kəs görsün hansı istiqamətlər üzrə fəal işlər gedir, dialoq gedir və təkcə dialoq yox, praktiki işlər. Bu isə tərəflərin siyasi iradəsinin və qarşılıqlı etimadının göstəricisidir.
İqtisadi əməkdaşlığın genişləndirilməsi bundan sonra da əsas prioritetlərdən biri olacaq. Ticarət əlaqələrinin artırılması, investisiyaların təşviqi, sənaye əməkdaşlığı və yeni biznes platformalarının yaradılması hər iki ölkənin maraqlarına cavab verir. Azərbaycanın əlverişli nəqliyyat-logistika imkanları, enerji potensialı və investisiya mühiti Slovakiya şirkətləri üçün də cəlbedici perspektivlər yaradır. Dövlətimizin başçısı qeyd edib ki, müzakirə edilən məsələlər arasında, təbii ki, ənənəvi məsələlər üstünlük təşkil edirdi: “İqtisadi-ticari əlaqələr, energetika sahəsində, hərbi-texniki sahədə əməkdaşlıq və digər sahələr prioritet təşkil edir. Bütün bu məsələlər ətrafında çox səmimi və açıq müzakirələr aparılmışdır”.
Enerji sahəsində əməkdaşlıq xüsusi diqqət çəkən istiqamətlərdəndir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında artan rolu Slovakiya tərəfindən də yüksək qiymətləndirilir. Avropanın enerji mənbələrinin şaxələndirilməsi prosesində Azərbaycanın etibarlı tərəfdaş kimi çıxış etməsi iki ölkə arasında bu sahədə əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinin göstəricisidir.
Şuşada verilən bəyanatın ən mühüm məqamlarından biri Slovakiyanın Qarabağın bərpasında iştirakına verilən yüksək qiymət idi. Prezident İlham Əliyev Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiya şirkəti tərəfindən həyata keçirilən “Ağıllı kənd” layihəsini xüsusi qeyd edib və bunu dost ölkənin Azərbaycanın bərpa siyasətinə verdiyi mühüm töhfə kimi dəyərləndirib. Xarici şirkətlərin işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi layihələr beynəlxalq ictimaiyyətin Azərbaycanın quruculuq siyasətinə inamının göstəricisidir.
Qarabağın yenidən qurulması bu gün təkcə milli inkişaf proqramı deyil, həm də beynəlxalq əməkdaşlıq platformasına çevrilib. Müasir texnologiyalara əsaslanan yaşayış məntəqələrinin yaradılması, “Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyalarının tətbiqi regionun sosial-iqtisadi inkişafına yeni impuls verir. Slovakiyanın bu prosesdə iştirakı isə tərəfdaşlığın praktik xarakter daşıdığını təsdiqləyir.
Bəyanatda hərbi-texniki əməkdaşlığın da prioritet istiqamətlərdən biri kimi qeyd olunması münasibətlərin əhatə dairəsinin geniş olduğunu təsdiqləyir. Təhlükəsizlik, müdafiə sənayesi və texnologiyalar sahəsində əməkdaşlıq həm regional sabitliyə, həm də iki ölkə arasında qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir. Slovakiya Prezidenti də təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndiyini vurğulayıb.
Prezident Peter Pelleqrinin əvvəlki vəzifələrdə – parlament sədri və Baş nazir kimi Azərbaycana səfərlər etməsi, daha sonra Prezident qismində COP29 tədbirlərində iştirak etməsi, həmçinin rəsmi səfər çərçivəsində Qarabağa gəlməsi ölkələr arasında formalaşmış etibarlı siyasi dialoqun davamlı xarakter daşıdığını nümayiş etdirir.
Bu gün Şuşa Azərbaycanın suverenliyinin, bərpa və inkişaf siyasətinin, eyni zamanda beynəlxalq əməkdaşlıq imkanlarının simvoluna çevrilib. Xarici dövlət başçılarının Şuşaya səfərləri şəhərin beynəlxalq siyasi və diplomatik əhəmiyyətini daha da artırır. Prezident İlham Əliyevin “Biz konkret işlərin tərəfdarıyıq” fikri Azərbaycan xarici siyasətinin əsas mahiyyətini əks etdirir. Ölkəmiz münasibətləri bəyanatlarla deyil, real nəticələr və qarşılıqlı fayda üzərində qurur. Slovakiya ilə əlaqələrin bugünkü səviyyəsi də məhz bu prinsipin uğurlu nəticəsidir.
Azərbaycan–Slovakiya münasibətləri qarşılıqlı hörmət, etibarlı siyasi dialoq və ortaq maraqlar əsasında inkişaf edir. Strateji tərəfdaşlığın möhkəmlənməsi, Qarabağın bərpasında əməkdaşlıq, enerji və iqtisadi əlaqələrin genişlənməsi gələcək illərdə də bu münasibətlərin daha yüksək səviyyəyə yüksələcəyini deməyə əsas verir. Şuşadan verilən mesaj isə ondan ibarətdir ki, Azərbaycan etibarlı tərəfdaşları ilə birlikdə regionda sülhə, inkişafa və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan yeni əməkdaşlıq modeli formalaşdırır.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20

