Slovakiya Qarabağın bərpasında fəal iştirak edir
17.07.2026 [15:48]
Mansur Quliyev
YAP Ağdam rayon təşkilatının sədri
Prezident İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin ölkəmizə rəsmi səfəri çərçivəsində iyulun 14-də Şuşada mətbuata verdiyi bəyanatda səsləndirdiyi fikirlər Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasətin və Böyük Qayıdış strategiyasının növbəti mühüm təzahürüdür. Dövlətimizin başçısının Slovakiyanın Qarabağın bərpasında fəal iştirakını xüsusi vurğulaması təsadüfi deyil. Bu, Azərbaycanın beynəlxalq aləmdə qazandığı yüksək etimadın, Prezident İlham Əliyevin qətiyyətli siyasətinin və ölkəmizin etibarlı tərəfdaş kimi qəbul edilməsinin bariz nümunəsidir.
44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərdən sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərdə misli görünməmiş bərpa və quruculuq işlərinə başladı. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış Proqramı təkcə şəhər və kəndlərin yenidən qurulmasını deyil, həm də müasir, dayanıqlı və yüksək həyat standartlarına cavab verən yaşayış məkanlarının yaradılmasını hədəfləyir. Bu gün Qarabağ dünyanın ən müasir yenidənqurma layihələrinin həyata keçirildiyi nadir məkanlardan birinə çevrilib.
Prezident İlham Əliyevin "Biz çox şadıq ki, Slovakiya Qarabağın bərpasında fəal iştirak edir" fikri dost ölkələrin Azərbaycanın haqq işinə verdiyi dəstəyin mühüm göstəricisidir. Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiya şirkəti tərəfindən icra olunan "Ağıllı kənd" layihəsi bunun ən parlaq nümunələrindəndir. Bu layihə müasir texnologiyalar, innovativ idarəetmə və dayanıqlı inkişaf prinsiplərinə əsaslanaraq keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz və rahat qayıdışına xidmət edir.
Xüsusilə qeyd etmək lazımdır ki, Ağdam rayonu erməni vandalizminin ən ağır nəticələrinə məruz qalmış bölgələrdən biridir. Bu gün isə Ağdam Prezident İlham Əliyevin rəhbərliyi ilə yenidən dirçəlir, müasir şəhərsalma prinsipləri əsasında qurulur və beynəlxalq əməkdaşlığın uğurlu ünvanına çevrilir. Slovakiyanın məhz Ağdam rayonunda belə əhəmiyyətli layihə həyata keçirməsi Azərbaycan–Slovakiya münasibətlərinin səmimiliyini və qarşılıqlı etimadını bir daha təsdiqləyir.
Azərbaycanın təşəbbüsü ilə regionda formalaşan yeni reallıqlar artıq beynəlxalq tərəfdaşlar tərəfindən də qəbul olunur. Dost və tərəfdaş ölkələrin Qarabağın bərpasına qoşulması onu göstərir ki, Azərbaycan təkcə öz gücünə deyil, həm də etibarlı beynəlxalq əməkdaşlıq platformasına malik dövlətdir. Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik və milli maraqlara əsaslanan xarici siyasət nəticəsində ölkəmizin nüfuzu ildən-ilə daha da möhkəmlənir.
Bu gün Qarabağ yalnız Azərbaycanın deyil, bütövlükdə regionun inkişaf və əməkdaşlıq məkanına çevrilməkdədir. Burada həyata keçirilən "ağıllı şəhər" və "ağıllı kənd" layihələri, müasir infrastruktur, yaşıl enerji konsepsiyası və innovativ yanaşmalar gələcəyin Qarabağını formalaşdırır. Bu prosesdə Slovakiya kimi dost ölkələrin iştirakı Azərbaycanın beynəlxalq tərəfdaşlıq imkanlarının genişlənməsinin göstəricisidir.
Əminliklə demək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində Qarabağın bərpası sürətlə davam edəcək, Böyük Qayıdış proqramı tam şəkildə reallaşacaq və işğaldan azad olunmuş torpaqlarımız dünyanın ən inkişaf etmiş yaşayış məkanlarından birinə çevriləcək. Slovakiyanın bu müqəddəs missiyaya verdiyi töhfə isə Azərbaycan xalqı tərəfindən hər zaman yüksək qiymətləndiriləcək və iki ölkə arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək.
Xəbər lenti
Hamısına baxGündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52

