Azərbaycan–Almaniya münasibətlərində yeni inkişaf prespektivləri
23.07.2026 [12:41]
Beynəlxalq münasibətlər sistemində dövlətlərin siyasi nüfuzu və beynəlxalq mövqeyi onların həyata keçirdiyi xarici siyasətin ardıcıllığı, etibarlılığı və milli maraqlara söykənməsi ilə müəyyən edilir. Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və praqmatik xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, regional sabitliyin əsas təminatçılarından biri və Avrasiyanın mühüm geosiyasi aktorlarından biri kimi mövqeyini daha da möhkəmləndirmişdir. Bu siyasətin növbəti mühüm təzahürü Prezident İlham Əliyevin 2026-cı il iyulun 21-də Almaniya Federativ Respublikasına həyata keçirdiyi rəsmi səfər olmuşdur.
Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, əldə olunan razılaşmalar və imzalanan sənədlər Azərbaycan - Almaniya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini nümayiş etdirmişdir. Xüsusilə Prezident İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts tərəfindən imzalanan "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə" iki ölkə arasında əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müəyyən edən fundamental siyasi sənəd kimi tarixə düşmüşdür.
Prezident İlham Əliyev mətbuata bəyanatında xüsusi vurğulamışdır ki, Azərbaycan və Almaniya artıq uzun müddətdir arzulanan strateji dialoqun başlanmasına nail olmuşdur. Bu fikir ilk baxışdan sadə diplomatik ifadə kimi görünsə də, əslində, Azərbaycan - Almaniya münasibətlərində yeni siyasi mərhələnin başlandığını göstərən mühüm mesajdır.
Almaniya Avropa İttifaqının aparıcı siyasi və iqtisadi qüvvəsi, dünyanın ən inkişaf etmiş sənaye ölkələrindən biri kimi Avropanın strateji qərarlarının formalaşmasında mühüm rol oynayır. Belə bir dövlətlə münasibətlərin strateji gündəlik səviyyəsinə yüksəlməsi Azərbaycanın Avropa siyasətində artan rolunun və beynəlxalq nüfuzunun bariz göstəricisidir.
Prezident İlham Əliyev bəyanatında iqtisadi əməkdaşlığın genişləndirilməsinin əsas prioritetlərdən biri olduğunu qeyd etmişdir. Dövlət başçısının vurğuladığı kimi, bu gün Azərbaycanda 200-dən artıq Almaniya şirkəti uğurla fəaliyyət göstərir və onların sayı gələcəkdə daha da artacaq.
Azərbaycan son illər regionun ən əlverişli investisiya mühitinə malik ölkələrindən birinə çevrilmişdir. İqtisadi sabitlik, hüquqi təminatlar, geniş nəqliyyat infrastrukturu, əlverişli coğrafi mövqe və dövlət tərəfindən sahibkarlığın inkişafına göstərilən dəstək xarici investorların ölkəmizə marağını artırır.
Səfər zamanı imzalanan Azərbaycan - Almaniya Biznes Şurasının yaradılmasına dair Birgə Bəyannamə bu istiqamətdə xüsusi əhəmiyyət daşıyır. Yeni yaradılan biznes platforması iki ölkənin iş adamları arasında əlaqələrin genişlənməsinə, qarşılıqlı investisiya layihələrinin reallaşdırılmasına və sənaye kooperasiyasının inkişafına mühüm töhfə verəcəkdir.
Almaniyanın yüksək texnologiyalar, maşınqayırma, avtomobil sənayesi, rəqəmsallaşma və sənaye innovasiyaları sahəsində malik olduğu zəngin təcrübə Azərbaycanın qeyri-neft sektorunun inkişafı baxımından da xüsusi əhəmiyyət kəsb edir. Bu əməkdaşlıq ölkə iqtisadiyyatının şaxələndirilməsi siyasətinə yeni impuls verə bilər.
Prezident İlham Əliyevin bəyanatında enerji məsələləri əsas mövzulardan biri olmuşdur. Dövlət başçısı qeyd etmişdir ki, 2026-cı ildən etibarən Azərbaycan təbii qazının Almaniyaya ixracına başlanılmışdır. Bununla da Azərbaycan qazı artıq Avropa İttifaqının on üzv dövlətinə çatdırılır.
Bu fakt təsadüfi deyil. Son illər Avropada enerji təhlükəsizliyi məsələsi geosiyasi gündəliyin ən vacib mövzularından birinə çevrilmişdir. Məhz belə bir dövrdə Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi çıxış etməsi ölkəmizin beynəlxalq əhəmiyyətini daha da artırmışdır.
Azərbaycan uzun illərdir beynəlxalq öhdəliklərinə sadiq qalaraq enerji resurslarının fasiləsiz və təhlükəsiz şəkildə dünya bazarlarına çatdırılmasını təmin edir. Bu gün ölkəmiz yalnız neft və qaz ixracatçısı deyil, həm də Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından biridir.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın Almaniyaya neft ixrac etdiyini, gələcəkdə isə yaşıl enerjinin də Avropa bazarına çıxarılacağını xüsusi vurğulamışdır. Qarabağ və Şərqi Zəngəzurun "Yaşıl enerji zonası" elan olunması, günəş və külək elektrik stansiyalarının tikintisi ölkəmizin enerji siyasətində yeni inkişaf mərhələsinin əsasını təşkil edir.
Almaniyanın bərpa olunan enerji sahəsində qabaqcıl təcrübəsi nəzərə alınarsa, gələcəkdə bu istiqamətdə genişmiqyaslı birgə layihələrin həyata keçirilməsi tam real görünür.
Səfər zamanı nəqliyyat-logistika sahəsində əməkdaşlıq da geniş müzakirə olunmuşdur. Prezident İlham Əliyev vurğulamışdır ki, Azərbaycan son illər nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə milyardlarla dollar sərmayə yatırmışdır.
Şərq-Qərb, Şimal-Cənub və Orta Dəhliz layihələrinin uğurla həyata keçirilməsi ölkəmizi Avropa ilə Asiya arasında etibarlı logistika mərkəzinə çevirmişdir. Azərbaycanın Orta Asiya məşvərət formatında tamhüquqlu üzv kimi iştirakı isə bu imkanları daha da genişləndirir.
Məhz buna görə də Almaniya kimi ixrac yönümlü iqtisadiyyata malik dövlət üçün Azərbaycanın tranzit imkanları strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Almaniya şirkətlərinin logistika və nəqliyyat texnologiyaları sahəsində qazandığı uğurlar gələcək əməkdaşlıq üçün geniş perspektivlər açır.
Prezident İlham Əliyevin bəyanatında diqqət çəkən əsas məqamlardan biri də regionda formalaşan yeni siyasi reallıqlar olmuşdur.
Dövlət başçısı bildirmişdir ki, Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı və imzası ilə Ermənistan və Azərbaycan arasında imzalanmış Birgə Bəyannamə otuz ilə yaxın davam etmiş münaqişəyə faktiki olaraq son qoymuşdur.
Azərbaycan bu razılaşmadan dərhal sonra sülh gündəliyinin praktik icrasına başlamışdır. Prezident İlham Əliyevin açıqladığı faktlar bunu bir daha təsdiqləyir.
Hazırda Azərbaycan tərəfindən Ermənistana benzin və dizel yanacağının ixracı həyata keçirilir. Bununla yanaşı, Azərbaycan ərazisindən Ermənistana göndərilən tranzit yüklərin həcmi artıq 40 min tonu ötmüşdür.
Bu faktlar göstərir ki, Azərbaycan postmünaqişə dövründə revanşizm deyil, regional əməkdaşlıq modelini seçmişdir. Bu yanaşma Prezident İlham Əliyevin irəli sürdüyü uzunmüddətli sülh konsepsiyasının praktik ifadəsidir.
Prezident İlham Əliyev Almaniya hökumətinin Ermənistan - Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində göstərdiyi səyləri də yüksək qiymətləndirmişdir.
Qeyd olunmuşdur ki, Almaniyada xarici işlər nazirləri səviyyəsində keçirilən danışıqlar etimad mühitinin formalaşmasına mühüm təsir göstərmişdir.
Dövlət başçısı bir daha vurğulamışdır ki, Azərbaycan uzun illər işğal altında qalmış torpaqlarını öz gücü hesabına azad etmiş, ərazi bütövlüyünü və dövlət suverenliyini tam təmin etmişdir. Bununla yanaşı, ölkəmiz müharibədən sonra sülh təşəbbüsü ilə çıxış edən tərəf olmuş və Ermənistan bu təşəbbüsə müsbət cavab vermişdir.
Bu siyasət Azərbaycanın regionda davamlı sülhün əsas təşəbbüskarı olduğunu bir daha nümayiş etdirir.
Prezident İlham Əliyev bəyanatında Avropa İttifaqı ilə münasibətlərin inkişafına da geniş yer ayırmışdır.
Dövlət başçısı qeyd etmişdir ki, cari il ərzində həm Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, həm də Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfərləri münasibətlərin yeni mərhələyə yüksəldiyini göstərir.
Bu səfərlər Avropa İttifaqının Azərbaycanla əməkdaşlığa verdiyi strateji əhəmiyyətin göstəricisidir.
Bu kontekstdə Almaniyanın Avropa İttifaqının aparıcı dövləti kimi oynadığı rol xüsusi önəm daşıyır. Prezident İlham Əliyev əminliklə bildirmişdir ki, Almaniya gələcəkdə də Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın inkişafına mühüm töhfə verəcəkdir.
Səfərin ən mühüm nəticələrindən biri imzalanmış sənədlərin praktiki icrasını təmin etmək məqsədilə bir neçə işçi qrupunun yaradılması barədə əldə olunan razılıqdır.
Bu qərar göstərir ki, tərəflər münasibətlərin yalnız siyasi bəyanatlarla məhdudlaşmasını deyil, konkret nəticələrə yönəlmiş əməkdaşlıq modelini seçmişlər.
İşçi qrupları iqtisadiyyat, enerji, sənaye, nəqliyyat, logistika, investisiya, innovasiya və digər istiqamətlər üzrə fəaliyyət göstərəcək, imzalanmış Birgə Bəyannamənin həyata keçirilməsini təmin edəcəklər.
Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri Azərbaycanın müstəqil xarici siyasət kursunun uğurlarını bir daha nümayiş etdirdi. Bu səfər göstərdi ki, Azərbaycan artıq yalnız regionun deyil, Avrasiyanın geosiyasi və geoiqtisadi proseslərində mühüm rol oynayan dövlətlərdən biridir.
İmzalanmış "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə" iki ölkə arasında münasibətlərin gələcək inkişafının möhkəm hüquqi və siyasi əsaslarını formalaşdırmışdır. Bununla yanaşı, Azərbaycan - Almaniya Biznes Şurasının yaradılması, enerji, nəqliyyat, yaşıl iqtisadiyyat və investisiya sahələrində əldə olunmuş razılaşmalar strateji tərəfdaşlığın praktiki məzmununu daha da zənginləşdirəcəkdir.
Emil Tağıyev
YAP Xaçmaz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35

