Qaradağ rayonunda YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş müşavirə keçirilib
07.10.2026 [17:25]
Oktyabrın 6-da Qaradağ rayonu Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.
Tədbirdə Qurultay nümayəndələri - YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Milli Məclisin deputatı, partiyanın Təftiş komissiyasının üzvü Aydın Hüseynov, məşhur “91-lər”in nümayəndəsi Munis Bayramov, SOCAR prezidentinin müşaviri Racu Vəliyev, Lökbatan Tibb Mərkəzinin direktoru, Nizami küçəsi 9 ünvanı üzrə Ərazi Partiya Təşkilatının sədri, professor Elçin Hüseynov, “BosŞelf” MMC-nin baş direktoru Nazim Hüseynov, YAP Gənclər Birliyinin İdarə Heyətinin üzvü Anastasiya Lavrina, şəhid anası Fəridə İsmayılova, Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, “BosŞelf” MMC-nin meneceri Cavanşir Əliyev, N. Nərimanov adına NQÇİ-nin rəisi Fərhad Cəfərov, Qaradağ rayonunda fəaliyyət göstərən müəssisə və təşkilatların rəhbərləri, ərazi partiya təşkilatlarının sədrləri, partiya veteranları, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi qaziləri, veteranları, ziyalılar və gənclərin nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Qaradağ rayonu Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək xatirəsini dərin ehtiramla anıblar.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan müşavirədə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Sonra YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov YAP Sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr mövzusunda məruzə ilə çıxış edib.
İlqar İlyasov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi nitq ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi nəticələrin və yeni mərhələdə qarşıya qoyulan strateji vəzifələrin aydın siyasi çərçivəsini müəyyən edir.
Ona görə də bugünkü müşavirənin əsas məqsədi cənab Prezidentin müəyyən etdiyi siyasi istiqamətlərin mahiyyətini dərindən dərk etmək və bu istiqamətlərin YAP Qaradağ rayon təşkilatının fəaliyyətində konkret şəkildə əks olunmasını təmin etməkdir. YAP Qaradağ rayon təşkilatı qarşıdakı dövrdə ərazi partiya təşkilatları və partiya fəalları ilə birlikdə həmin vəzifələrin həyata keçirilməsi üçün var gücü ilə çalışacaqdır.
Müşavirədə digər çıxış edənlər Milli Məclisin deputatı, partiyanın Təftiş komissiyasının üzvü Aydın Hüseynov, məşhur “91-lər”in nümayəndəsi Munis Bayramov, şəhid anası Fəridə İsmayılova, SOCAR-ın prezidentinin müşaviri Racu Vəliyev, Lökbatan Tibb Mərkəzinin direktoru, Nizami küçəsi 9 ünvanı üzrə Ərazi Partiya Təşkilatının sədri, professor Elçin Hüseynov, YAP Gənclər Birliyinin İdarə Heyətinin üzvü Anastasiya Lavrina və Emin Quliyev prospekti 37 ünvanı üzrə Ərazi Partiya Təşkilatının sədri Səkinə Rzayeva partiyanın VIII Qurultayının ölkəmiz üçün xüsusi tarixi mərhələdə keçirildiyini qeyd ediblər. Onlar vurğulayıblar ki, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk qurultay olması onun siyasi əhəmiyyətini daha da artırır.
Qurultayda Prezident, YAP Sədri İlham Əliyevin nitqini yüksək qiymətləndirən çıxışçılar bunun ölkəmizin gələcək inkişafı üçün yol xəritəsi olduğunu xüsusi vurğulayıblar. Bildiriblər ki, həmin nitqdə irəli sürülən vəzifələr hər bir azərbaycanlının vəzifə borcu olmalı və hər bir vətəndaş tərəfindən vicdanla həyata keçirilməlidir.
Tədbir Yeni Azərbaycan partiyasının himnininn səsləndirilməsi ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
16 Oktyabr 13:26
Dünya
16 Oktyabr 13:20
YAP xəbərləri
16 Oktyabr 13:04
İqtisadiyyat
16 Oktyabr 12:53
Siyasət
16 Oktyabr 12:36
Sosial
16 Oktyabr 12:24
Xəbər lenti
16 Oktyabr 12:15
YAP xəbərləri
16 Oktyabr 12:12
Sosial
16 Oktyabr 11:58
Siyasət
16 Oktyabr 11:30
İqtisadiyyat
16 Oktyabr 11:19
Xəbər lenti
16 Oktyabr 11:04
İqtisadiyyat
16 Oktyabr 10:51
Siyasət
16 Oktyabr 10:45
Siyasət
16 Oktyabr 10:25
YAP xəbərləri
16 Oktyabr 10:09
Analitik
16 Oktyabr 09:42
Gündəm
16 Oktyabr 09:30
Analitik
16 Oktyabr 09:17
Sosial
16 Oktyabr 08:54
Sosial
16 Oktyabr 08:39
Gündəm
16 Oktyabr 08:12
Gündəm
16 Oktyabr 07:07
Siyasət
16 Oktyabr 07:07
Sosial
15 Oktyabr 20:16
Gündəm
15 Oktyabr 19:59
YAP xəbərləri
15 Oktyabr 19:38
YAP xəbərləri
15 Oktyabr 19:20
YAP xəbərləri
15 Oktyabr 18:35
YAP xəbərləri
15 Oktyabr 18:13
Gündəm
15 Oktyabr 17:53
YAP xəbərləri
15 Oktyabr 17:15
YAP xəbərləri
15 Oktyabr 17:12
YAP xəbərləri
15 Oktyabr 17:11
Siyasət
15 Oktyabr 17:09
YAP xəbərləri
15 Oktyabr 17:08
YAP xəbərləri
15 Oktyabr 17:07
YAP xəbərləri
15 Oktyabr 17:06
YAP xəbərləri
15 Oktyabr 17:04
YAP xəbərləri
15 Oktyabr 17:02
YAP xəbərləri
15 Oktyabr 16:59
YAP xəbərləri
15 Oktyabr 16:52
Gündəm
15 Oktyabr 16:47
YAP xəbərləri
15 Oktyabr 16:33
YAP xəbərləri
15 Oktyabr 16:28
Dünya
15 Oktyabr 16:26
YAP xəbərləri
15 Oktyabr 16:25
15 Oktyabr 16:18
Dünya
15 Oktyabr 16:18
YAP xəbərləri
15 Oktyabr 15:59
YAP xəbərləri
15 Oktyabr 15:53
Gündəm
15 Oktyabr 15:48
Siyasət
15 Oktyabr 14:50
Dünya
15 Oktyabr 14:14
Siyasət
15 Oktyabr 14:11
Dünya
15 Oktyabr 13:12
Siyasət
15 Oktyabr 13:11
Siyasət
15 Oktyabr 13:09
Dünya
15 Oktyabr 12:10
Siyasət
15 Oktyabr 11:21
Siyasət
15 Oktyabr 11:11
YAP xəbərləri
15 Oktyabr 11:08
Siyasət
15 Oktyabr 10:44
Sosial
15 Oktyabr 10:32
Sosial
15 Oktyabr 10:28
Sosial
15 Oktyabr 10:13
İqtisadiyyat
15 Oktyabr 10:10
Sosial
15 Oktyabr 10:03
Dünya
15 Oktyabr 09:53
Sosial
15 Oktyabr 09:49

