/ / Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqının Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki yığıncağı keçirilib
Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqının Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki yığıncağı keçirilib
09.04.2014 [09:30]
Dünən Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqının Yeni Azərbaycan Partiyası (YAP) Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqının Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin 2012-2013-cü illər ərzindəki fəaliyyəti haqqında hesabat məruzəsi, təşkilatın Təftiş Komissiyasının hesabatı və təşkilati məsələlər müzakirə olunub.
Yığıncaqda Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqının Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin sədri, YAP Mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev hesabat məruzəsini təqdim edib. Təşkilatda 78 üzvün birləşdiyini deyən H.Paşayev iki il ərzində Həmkarlar İttifaqı Komitəsinin gördüyü işlər haqqında ətraflı məlumat verib. H.Paşayev bildirib ki, təşkilat fəaliyyətini Azərbaycan Respublikasının qanunları və Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqının nizamnaməsi əsasında tənzimləyib. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsi ötən dövr ərzində Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının, eləcə də, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqının son qurultayının qərarlarının icrasının yüksək səviyyədə təmin edilməsinə çalışıb, komitə tərəfindən verilmiş təlimat və göstərişlərin yerinə yetirilməsi üçün lazımi səylər göstərib: “Həmkarlar İttifaqı Komitəsi təsdiq olunmuş 6 aylıq və illik iş planlarına uyğun olaraq müxtəlif xarakterli tədbirlərin həyata keçirilməsini təmin edib. Hər zaman təşəbbüskarlığı ilə fərqlənən təşkilat üzvləri tədbirlərin təşkilində və keçirilməsində də mütəşəkkillik nümayiş etdiriblər. YAP Həmkarlar İttifaqı Komitəsi müstəqil dövlətçilik tariximizdə mühüm əhəmiyyət kəsb edən hadisələrin qeyd edilməsində YAP İcra Katibliyi tərəfindən təşkil edilən bütün tədbirlərdə həmrəylik nümayiş etdirib. Belə ki, Ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümü münasibəti ilə YAP İcra Katibliyinin təşkil etdiyi silsilə xarakterli möhtəşəm tədbirlərdə Həmkarlar İttifaqı Komitəsi üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışıb. Eləcə də, 15 iyun - Milli Qurtuluş Günü və Yeni Azərbaycan Partiyasının yaranması münasibəti ilə keçirilən bayram tədbirlərində də Həmkarlar İttifaqı Komitəsinin üzvləri fəallıq nümayiş etdiriblər”.
Hesabatda, həmçinin, qeyd olunub ki, YAP Həmkarlar İttifaqı Komitəsinin bilavasitə təşəbbüsü ilə 8 mart - Beynəlxalq Qadınlar günü, Novruz bayramı, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təşkilat üzvlərinin iştirakı ilə müxtəlif xarakterli tədbirlər keçirilib. Eyni zamanda, Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsi müəyyən edilmiş səlahiyyətləri və imkanı çərçivəsində təşkilat üzvlərinin mədəni-mənəvi istirahətinin təşkili məsələsini hər zaman diqqətdə saxlayıb, eləcə də, həmkarlar üzvlərinin sanatoriya, kurort zonalarına yollayışlarla təmin edilməsi istiqamətində müvafiq addımlar atıb. Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsi 2012-ci ildə Bilik günü münasibətilə imkansız ailələrin yeni məktəbə hazırlaşan uşaqlarına maddi yardımın göstərilməsi təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüs müvafiq qurumlar tərəfindən müsbət qarşılanıb, Bilik günü ərəfəsində onlarla imkansız ailəyə məktəbli ləvazimatı təqdim edilib. Məruzədə o da qeyd olunub ki, Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsi daxil olan müraciətlərə hər zaman diqqətlə yanaşıb, həmin müraciətlərin təmin edilməsi üçün müvafiq ölçülər götürülüb.
Daha sonra Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin Təftiş Komissiyasının sədri, YAP-ın işlər müdiri Mahir Abbasəliyev Təftiş Komissiyanın hesabatını təqdim edib.
Sonra hər iki hesabat müzakirə olunub. YAP İcra katibinin müavinləri, millət vəkilləri Siyavuş Novruzov və Mübariz Qurbanlı, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxış edərək Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqının Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin iki illik fəaliyyəti ilə bağlı fikirlərini bildirib və bu fəaliyyətin qənaətbəxş qiymətləndirilməsini təklif ediblər.
Müzakirələrdən sonra yığıncaq iştirakçıları yekdilliklə Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqının Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Sonra təşkilati məsələlərə baxılıb. Həmkarlar İttifaqı Komitəsinin idarə heyətinin və Təftiş komissiyasının üzvləri seçilib. Hüseyn Paşayev yenidən Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqının Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

