/ / YAP Gəncə şəhər təşkilatı Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar tədbirlərə start verib
YAP Gəncə şəhər təşkilatı Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar tədbirlərə start verib
18.04.2014 [10:32]
Müasir Azərbaycan dövlətinin banisi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Gəncə şəhərində də silsilə tədbirlər keçirilir. Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə bağlı keçiriləcək tədbirlərə hazırlıq işlərindən bəhs edərək bildirib ki, Ulu öndərin anadan olmasının ildönümünün yüksək səviyyədə qeyd edilməsi üçün Gəncə şəhər İcra Hakimiyyəti və YAP Gəncə şəhər təşkilatının birgə geniş tədbirlər planı hazırlanıb və aprel ayının əvvəlindən bu silsilə tədbirlərin keçirilməsinə start verilib. Silsilə tədbirlər sırasında Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının Qərargahında ziyalılar, ağsaqqallar, partiya və müharibə veteranları, tələbə-gənclərlə keçirilən görüşlər, yerlərdə təşkil olunan yığıncaq və toplantılar geniş yer alıb. Bu toplantılarda partiya sıralarına qəbul olunmaq üçün müraciət edən, öz fəaliyyət sahəsində, həmçinin, ictimai işlərdə fərqlənən yüzlərlə şəhər fəalına, gənclər və tələbələrə partiyanın üzvlük vəsiqələri təntənəli şəkildə təqdim olunub və bu tədbirlər mütəşəkkil, yüksək səviyyədə davam edir. Həmçinin, bu istiqamətdə 8 aprel 2014-cü il tarixdə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) inzibati binasında “Heydər Əliyev və aqrar siyasət” mövzusunda ADAU Elmi Şurasının genişləndirilmiş iclası keçirilib. Tədbirdə çıxış edənlər Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzsiz xidmətləri, Onun aqrar iqtisadiyyat, aqrar siyasət sahəsində həyata keçirdiyi islahatlar barədə geniş məlumat veriblər. Həmçinin, tədbirdə Ulu öndər Heydər Əliyevin 91 illiyinə həsr olunmuş inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. Universitetdə Ulu öndərin anadan olmasının 91 illiyinə həsr olunmuş silsilə tədbirlər, inşa yazı müsabiqələri, fənn olimpiadaları, idman turnirləri və yarışlar keçirilir və bu tədbirlər may ayınadək universitetin bütün fakültə, kafedra və şöbələrində davamlı olaraq həyata keçiriləcək.
Ənənəvi olaraq, hər il Gəncə şəhərində Ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə bağlı ağacəkmə aksiyası keçirilir. Aprel ayının 11-dən başlayan ağacəkmə aksiyası 450 hektar sahəsi olan Heydər Əliyev park-kompleksindən start götürüb. May ayının 10-dək şəhərin müxtəlif istiqamətlərində 91 min ağac əkiləcək. Gənclər bu aksiyada xüsusilə fəallıq göstərirlər.
Həmçinin, Ulu öndərin doğum gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanşünaslıq” mövzusunda elmi-praktik konfrans, ümumtəhsil məktəblərinin şagirdləri arasında “Heydər Əliyev dahi şəxsiyyətdir” adlı inşa müsabiqəsi, Heydər Əliyev Universitetinin seminarları, dəyirmi masalar, ali və orta ixtisas məktəbləri YAP Gənclər Birliyi ərazi ilk partiya təşkilatlarının nümayəndələri arasında “Heydər Əliyev irsini öyrənirik” adlı bilik yarışı, o cümlədən, futbol və şahmat turnirləri keçiriləcək. Bu yönümdə keçirilən tədbirlər gənclərin ictimai-siyasi fəallığının yüksəldilməsində mühüm əhəmiyyət kəsb edir.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

