/ / Ağcabədidə Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilir
Ağcabədidə Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilir
01.05.2014 [09:09]
Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatı Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə silsilə tədbirlər keçirir. Belə ki, aprelin 29-da YAP Ağcabədi rayon təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə “Mən azərbaycanlıyam” adlı tədbir keçirilib. Tədbirdə, eyni zamanda, YAP-ın Gəncə və Naftalan şəhər, həmçinin, Ağdam, Bərdə, Ucar, Beyləqan, Füzuli, Laçın, Zərdab və İmişli rayon təşkilatları Gənclər birliklərinin nümayəndələri də iştirak edib.
Tədbir iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər. Daha sonra gənclər rayondakı Heydər Əliyev Mərkəzinə ekskursiya edib, burada Ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Bundan sonra gənclər rayondakı Şəhidlər xiyabanını ziyarət edərək Qarabağ müharibəsi zamanı canından keçmiş şəhidlərimizin məzarı üstünə qərənfil dəstələri düzüblər. Məlumat verilib ki, ümumilikdə Ağcabədi rayonundan 187 nəfər torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Bu şəhidlərdən 3 nəfəri-Etibar İsmayılov, Namiq Abdullayev və Sadıq Hüseynov döyüşdə göstərdikləri qəhrəmanlıqlara görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüblər.
Qonaqlar Heydər Əliyev adına mədəniyyət və istirahət parkında, Ağcabədidə fəaliyyət göstərən “Atena” süd emalı zavodunda və Ü.Hacıbəyov adına “Qarabağ” Muğam Mərkəzində olublar.
Sonra YAP Ağcabədi rayon təşkilatının qərargahında Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə konfrans keçirilib. Konfransı giriş sözü ilə açan, YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov YAP-ın keçdiyi şərəfli yoldan, Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından, Ulu öndərin müstəqil dövlətimizin inkişaf yoluna çıxarılması sahəsində gərgin fəaliyyətindən ətraflı danışıb. Bildirilib ki, bu gün öz sıralarında 600 mindən çox üzvü birləşdirən YAP Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında aparıcı qüvvəyə çevrilib.
Daha sonra YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyadov, rayon təşkilatı Gənclər Birliyinin sədri Nicat Axundov, YAP Ucar rayon təşkilatı Gənclər Birliyinin sədri Ceyhun Qəhrəmanov, YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin sədr müavini İsrafil Məmmədov və başqaları çıxış edərək Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi qayğıdan söz açıb, bu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini bildiriblər.
Sonda Ümummilli lider Heydər Əliyevin ömür yoluna həsr olunmuş sənədli film nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30

