Lerikdə “Yay məktəbi” layihəsinin ikinci turuna yekun vurulub
19.07.2014 [11:11]
Lerik rayonundakı “Relax” istirahət mərkəzində təşkil olunan Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” layihəsinin ikinci turuna dünən yekun vurulub. İkinci turun bağlanış mərasimi təşkil edilib və mərasimdə YAP Mərkəzi Aparatının təlimatçısı Ramin Mirzəyev, YAP Lerik rayon təşkilatının sədri Elxan Qəmbərov, Lerik rayon İcra Hakimiyyəti başçısının müavinləri, eləcə də, “Yay məktəbi” layihəsinin ikinci turunun qrup rəhbəri, “Səs” qəzetinin baş redaktoru, “Səs” İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev iştirak ediblər.
Bağlanış mərasimində çıxış edən Bəhruz Quliyev qeyd edib ki, artıq ənənə şəklini almış “Yay məktəbi” layihəsi bir neçə ildir ki, öz fəaliyyəti ilə ölkə gənclərinə, YAP-ın gənc üzvlərinə, ilk növbədə, Vətəni, dövləti sevmək, bu önəmli faktora xidmət etmək missiyasını aşılayır: “Əlbəttə ki, bu istiqamətdə əsas məqsədlərdən biri də gənclərin daha yaxşı təhsil almaları, cəmiyyətdə ən yüksək səviyyədə formalaşmaları və ən əsası Ulu öndər Heydər Əliyev ideyalarına sadiq olmalarıdır”.
Qrup rəhbəri, eyni zamanda, vurğulayıb ki, “Yay məktəbi” layihəsinin digər mühüm mahiyyətlərindən biri də əlbəttə ki, gənclərin ictimai-siyasi proseslərdə fəallıqlarının artırılmasıdır və bu məqsədə kifayət qədər nail olunub: “Belə ki, buna sübut kimi biz YAP-ın parlament və prezident seçkilərində əldə etdiyi qələbələrini, xalqın bu partiyaya inam və etimadını göstərə bilərik. Məhz YAP gənclərinin uğurlu fəaliyyəti, ictimai-siyasi proseslərdə əldə etdikləri uğurları partiyamıza öz töhfələrini verməkdədir. Çünki bugünün Azərbaycan gəncliyi Ulu öndər Heydər Əliyev ideyalarına sadiq qalmaqla yanaşı, həm də Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx, mütəşəkkil şəkildə birləşib. Azərbaycan gəncliyi qələbələrə, zəfərlərə layiq olan gənclikdir. Çünki dövlət yürütdüyü uğurlu gənclər siyasəti ilə bu nailiyyətləri əldə etməyi bacarıb. Həmçinin, müasir gənclik də yaxşı anlayır və bilir ki, Azərbaycanı növbəti zəfərlərə apara biləcək yeganə qüvvə Yeni Azərbaycan Partiyasıdır”.
B.Quliyev son olaraq onu da vurğulayıb ki, “Yay məktəbi”nin ikinci turunda iştirak edən gənclər öz elmi potensiallarını, bilik və bacarıqlarını keçirilən müxtəlif seminarlarda, oyunlarda, diskussiya və müzakirələrdə, “dəyirmi masa”larda nümayiş etdiriblər: “Bu bir daha sübut edir ki, gəncliyimiz yaxın gələcəkdə daha möhtəşəm nailiyyətlərə imza atmaq gücündədir”.
Daha sonra “Yay məktəbi” layihəsinin ikinci turunda iştirak edən 20 nəfər gəncə qrup rəhbəri Bəhruz Quliyev və bağlanış mərasiminə qatılan qonaqlar tərəfindən YAP-ın İcra Katibliyinin fəxri fərmanları təqdim edilib. Digər 20 nəfər gəncə isə hədiyyə və mükafatlar verilib.
Eyni zamanda, “Relax” istirahət mərkəzinin rəhbərliyinə qrup rəhbəri Bəhruz Quliyev tərəfindən mükafat təqdim olunub.
Bununla da, “Yay məktəbi” layihəsinin Lerikdə keçirilən ikinci turuna uğurla yekun vurulub.
Xəbər lenti
Hamısına baxDünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23

