Bakıda “Əsrin müqaviləsi”nin 20 illiyi münasibətilə Gənc İqtisadçılar Forumu keçirilib
23.09.2014 [09:35]
Sentyabrın 20-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ofisində Gənc İqtisadçılar Forumu keçirilib.
AzərTAc xəbər verir ki, “Əsrin müqaviləsi”nin imzalanmasının 20 illiyi münasibətilə keçirilən forumda YAP Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edərək bu günün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını və bu müqavilənin Azərbaycan iqtisadiyyatına böyük töhfələr verdiyini bildirib.
Qeyd edilib ki, 1994-cü ildə Ulu öndər Heydər Əliyevin qətiyyəti, dünyadakı nüfuzu sayəsində Azərbaycan tarixində belə möhtəşəm hadisə baş verib. Ölkəmizin güclü iqtisadiyyatının təməli məhz bu layihə ilə qoyulub. Həmin vaxt ölkə vətəndaş müharibəsi təhlükəsindən, xaos və anarxiya mühitindən yenicə xilas olmuşdu, atəşkəsin əldə edilməsindən cəmi bir neçə ay keçmişdi. Belə bir vaxtda güclü iqtisadiyyata malik bir sıra dövlətlər “Əsrin müqaviləsi”nə qoşuldular. Bu da Ulu öndərə olan inamın nəticəsi idi.
S.Orucovun sözlərinə görə, bu müqavilənin imzalanmasından sonra ölkə iqtisadiyyatı stabilləşdi, bir sıra islahatlar aparıldı, neft-qaz sektorunda nəzərəçarpacaq inkişaf müşahidə olundu. Təbii sərvətlər xalqın istifadəsinə verilib, ölkənin çiçəklənməsi, rifahı üçün sərf edilib. Bütün bunlar dahi rəhbər Heydər Əliyevin qətiyyəti və yürütdüyü uzaqgörən siyasət nəticəsində mümkün olub.
Gənclər Birliyinin sədri vurğulayıb ki, artıq dünya bazarında Azərbaycan brendi özünü təsdiqləyib. Azərbaycanın çox güclü neft infrastrukturu var. Artıq Azərbaycanın neft brendinə çevrilmiş “SOCAR” dünya bazarında tanınır. Bununla yanaşı, ölkəmizin qeyri-neft sektorunda da mühüm addımlar atılıb. Bunun nəticəsində neft kapitalını insan kapitalına çevirmək mümkün olub. Hər bir xalqın, dövlətin gücü onun iqtisadiyyatının səviyyəsi ilə ölçülür. Azərbaycan iqtisadiyyatını gücləndirən layihələrdən biri də “Əsrin müqaviləsi”dir.
Seymur Orucov bildirib ki, bu gün Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas istiqaməti Azərbaycanın dünyanın güclü dövlətləri sırasında mövqeyinin daha da möhkəmlənməsinə yönəlib. Azərbaycan xalqı da bu uğurlara biganə qalmayaraq ölkə başçısının yürütdüyü siyasəti yekdilliklə dəstəkləyir.
Daha sonra söz gənc iqtisadiyyatçılara verilib. Marketinq üzrə ekspert Ramil Cabbarov və tibb sektoru üzrə marketinq mütəxəssisi Murad Məlikov milli iqtisadi bazarda marketinqin, liderlik və idarəçilik mexanizmlərinin iqtisadi proseslərdə rolundan danışıblar.
Pərakəndə və xidmət sahələri üzrə ekspert və marketinq mütəxəssisi Tural Abdullayev forumu “Gənc iqtisadiyyat və pərakəndə satış” mövzusu ilə davam etdirib.
Sonda iqtisadçılar forum iştirakçılarının suallarını cavablandırıblar.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

