Yevlaxda YAP Qadınlar Şurasının zona müşavirəsi keçirilib
17.10.2014 [09:30]
Yevlax şəhərində Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının zona müşavirəsi keçirilib. SİA-nın məlumatına görə, müşavirə iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, Ümummilli lider Heydər Əliyevin Yevlax şəhərinin mərkəzi meydanındakı abidəsi önünə tər güllər düzərək xatirəsinə ehtiramlarını bildiriblər.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə partiyanın Yevlax və Mingəçevir şəhər, həmçinin, Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Goranboy, Laçın, Xocalı rayonlarından olan 410 nəfər qadın üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədri Əminə Əhmədova bildirib ki, Yeni Azərbaycan Partiyası cəmiyyətimizin siyasi avanqardı, ölkənin ən nüfuzlu, ən qüdrətli siyasi qüvvəsidir: “Fəxrlə vurğulamaq yerinə düşər ki, bu gün möhtəşəm YAP ordusunun çox böyük faizini qadınlar təşkil edir. Və bu qadınları Heydər Əliyev partiyasının sıralarına öz əqidələri, müstəqil dövlətimizi möhkəmləndirməkdə, sosialyönümlü siyasət yeritməkdə ona köməkçi olmaq istəkləri gətirib”.
Natiq qeyd edib ki, partiyanın rayon təşkilatının 8106 üzvündən 4225 nəfəri qadınlardır. YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının üzvləri rayonun ictimai-siyasi həyatında fəal iştirak edirlər. Bu gün rayonun bələdiyyələrində 88 nəfər qadın üzv var. Bu, ümumi bələdiyyə üzvlərinin 32,5 faizini təşkil edir. Qadınların bələdiyyələrdə daha fəal təmsil olunması günün tələbidir. Odur ki, qadınlar qarşıdan gələn bələdiyyə seçkilərində daha fəal iştirak etməlidirlər.
Çıxış edən YAP Yevlax rayon təşkilatının sədri, millət vəkili İlham Məmmədov qadınların ictimai-siyasi həyatdakı rolundan, onların ölkəmizin inkişafına verdikləri töhfələrdən danışıb. Natiq “Azərbaycan qadını doğma yurdun əmin-amanlığı, inkişafı, gündən-günə çiçəklənməsi və öz övladlarının, ailəsinin xoşbəxtliyi naminə dövlətimizin, onun rəhbərinin yürütdüyü daxili və xarici siyasətə yüksək dəyər və önəm verir” deyib.
Müşavirədə çıxış edən YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Nurlana Əliyeva öncə bildirib ki, bu cür tədbirlərin keçirilməsində məqsəd YAP Qadınlar Şurasının fəaliyyəti, qadınların ictimai-siyasi həyatdakı rolu, onların qarşıdan gələn bələdiyyə seçkilərində fəal iştirakının təmin edilməsi və digər bir sıra vacib mövzuları müzakirə etməkdir.
Nurlana Əliyeva qeyd edib ki, müasir dövrdə demokratik cəmiyyətin inkişafının və insan hüquqlarının qorunmasının əsas prioritetlərindən birini gender bərabərliyi təşkil edir. Azərbaycan qadınının cəmiyyətdə tutduğu yüksək mövqedən, onların gündən-günə artan fəallığından danışan natiq “Ölkəmizdə qadınların rolunun yüksəldilməsi üçün hərtərəfli şərait yaradılıb. Azərbaycan qadını həyatın bütün sahələrində, o cümlədən ictimai-siyasi proseslərdə, dövlət idarəçiliyində fəal iştirak edir. Onu da qeyd etməliyəm ki, bu qadınların əksəriyyəti ölkənin hakim partiyası olan YAP üzvləridir. Bələdiyyə seçkilərində də YAP Qadınlar Şurasının üzvləri fəal olmalı, ən layiqli və intellektli qadınların namizədliyi irəli sürülməlidir” deyib.
Sonra YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva çıxış edərək ölkədə həyata keçirilən qadın siyasətindən danışıb. Millət vəkili bildirib ki, Azərbaycan qadını xoşbəxtdir: “Çünki ona özünü təsdiq etmək, seçib-seçilmək, övladlarının səadəti, doğma yurdun intibahı naminə fəaliyyət göstərmək, çalışmaq üçün bərabər imkanlar və bərabər hüquqlar tanınmışdır”.
Çıxış edən digər natiqlər də mövzu ilə bağlı, həmçinin, gender bərabərliyi, erkən nikahlarla mübarizə və digər məsələlərlə əlaqədar fikirlərini bölüşüblər.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

