/ / YAP Qaradağ rayon təşkilatında bələdiyyə seçkilərinə hazırlıqla bağlı görülən işlər müzakirə olunub
YAP Qaradağ rayon təşkilatında bələdiyyə seçkilərinə hazırlıqla bağlı görülən işlər müzakirə olunub
30.10.2014 [10:05]
Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının növbəti yığıncağı keçirilib. Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bələdiyyə seçkilərinə hazırlıqla bağlı görülən işlər haqqında məlumat verib. O deyib ki, bələdiyyələr demokratik bir təsisat kimi vətəndaş cəmiyyətinin bir formasıdır. Azərbaycanın demokratiya yolunda irəliləyən bir dövlət olduğunu nəzərə alsaq, müstəqil özünüidarəetmə strukturunun - bələdiyyələrin fəaliyyəti mütləq vacibdir: “Ölkəmizdə bələdiyyələrin fəaliyyəti üçün münbit şərait var. Son dövrlərdə bələdiyyələrin fəaliyyətində daha çox canlanma müşahidə olunur. Bu, onunla əlaqədardır ki, bələdiyyə institutlarının təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Bu gün bələdiyyələr ölkəmizin inkişafı prosesində, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdə, sosial layihələrin həyata keçirilməsində fəal iştirak edir”.
Yeni Azərbaycan Partiyasının bu seçkilərə ciddi şəkildə hazırlaşdığını vurğulayan Siyasi Şuranın üzvü deyib ki, YAP seçkilərin keçirilməsində böyük və zəngin təcrübəyə malikdir. Onun sözlərinə görə, dekabr ayında keçiriləcək bələdiyyə seçkilərində də qazanılan təcrübədən səmərəli istifadə olunacaq: “Partiyanın Mərkəzi Aparatının müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq, tərtib olunmuş plan üzrə işlərimizi davam etdiririk. Seçkilər üzrə böyük təcrübə qazanmış xeyli sayda mütəxəssislərimiz var ki, onlar kampaniya dövründə dairə və məntəqələrdə təmsil olunurlar. Eləcə də, müşahidəçi funksiyasını yerinə yetirən fəallarımız var. Bizim təşkilatın minlərlə üzvü seçki proseslərində böyük fəallıq göstərir. Mütəmadi olaraq ilk təşkilatlarla sıx işləyirik. Hesab edirəm ki, partiyamız bu seçkilərdə də böyük qələbə qazanacaq. İlk növbədə, ölkəmizdə həyata keçirilən inkişaf siyasəti bu qələbənin təminatıdır”.
Aydın Hüseynov qeyd edib ki, ötən 5 il ərzində YAP-ın bələdiyyələrdə təmsil olunan üzvləri əhalinin sosial məsələlərinin həllində yaxından iştirak ediblər. Bələdiyyənin əhali ilə sıx işlədiyini deyən təşkilat sədrinin sözlərinə görə, bu da növbəti seçki üçün əhəmiyyətlidir: “Qaradağ rayonunda 11 bələdiyyə fəaliyyət göstərir. YAP bu bələdiyyələr üzrə müvafiq yerlərin hamısına öz namizədlərini irəli sürüb. İnanırıq ki, dekabr ayında YAP növbəti möhtəşəm qələbəsini qazanacaq”.
Tədbirdə YAP Qaradağ rayon təşkilatının Aparat rəhbəri Ruslan İsmayılov, fəal gənclər Leyla Əsədullayeva, Şahmar Hüseynov çıxış edərək mövzu ilə bağlı öz fikirlərini bildiriblər.
Sonra YAP Qaradağ rayon təşkilatının rəsmi veb səhifəsinin (www.yapqaradaq.org.az) təqdimatı keçirilib. Qeyd olunub ki, çoxfunksiyalı saytlar qrupuna daxil olan bu səhifə üç dildə fəaliyyət göstərəcək. Burada, o cümlədən, sənəd dövriyyəsi sistemləri tətbiq olunacaq.
Xəbər lenti
Hamısına baxMaraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03

