YAP Siyəzən rayon təşkilatı bələdiyyə seçkilərinə hazırlığı uğurla davam etdirir
04.11.2014 [09:52]
Etibar Heydərov: Partiyanın Mərkəzi Aparatının müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq, tərtib olunmuş plan üzrə işlərimizi davam etdiririk
Məlum olduğu kimi, Azərbaycanda keçiriləcək növbəti bələdiyyə seçkilərinə rəsmi şəkildə start verilib. İndiyə kimi ölkəmizdə keçirilən bütün seçkilərdə inamlı qələbə qazanan Yeni Azərbaycan Partiyası (YAP) seçki qanunvericiliyinə uyğun olaraq dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə də yüksək səviyyədə hazırlaşır. Artıq partiyanın yerli strukturlarında seçki qərargahları yaradılıb və bu qərargahlar aktiv fəaliyyət göstərirlər. YAP-ın Siyəzən rayon təşkilatının Seçki Qərargahı da bələdiyyə seçkilərinə fəal şəkildə hazırlaşır. Qərargahın rəhbəri, YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov bildirib ki, rayon partiya təşkilatı özündə 42 ilk partiya təşkilatını birləşdirir. Onun sözlərinə görə, təşkilatın 3345 üzvü var ki, onlardan 32 faizini gənclər, 34 faizini isə qadınlar təşkil edir: “Bu gün YAP Siyəzən rayon təşkilatı bələdiyyə seçkilərinə hazırlıq işlərinə uğurla start verib. Rayon təşkilatının qərargah üzvlərinin hər biri tapşırılan vəzifənin nədən ibarət olduğunu bilirlər. Qeyd edim ki, rayonun 7 mindən çox seçicisi 54 saylı Şabran-Siyəzən Dairə Seçki Komissiyasının 24 məntəqəsində 11 bələdiyyəyə 95 üzvün seçilməsində iştirak edəcək”.
Yeni Azərbaycan Partiyasının bu seçkilərə ciddi şəkildə hazırlaşdığını vurğulayan təşkilat sədri deyib ki, YAP seçkilərin keçirilməsində böyük və zəngin təcrübəyə malikdir. Onun sözlərinə görə, dekabr ayında keçiriləcək bələdiyyə seçkilərində də qazanılan təcrübədən səmərəli istifadə olunacaq: “Partiyanın Mərkəzi Aparatının müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq, tərtib olunmuş plan üzrə işlərimizi davam etdiririk. Seçkilər üzrə böyük təcrübə qazanmış xeyli sayda mütəxəssislərimiz var ki, onlar kampaniya dövründə dairə və məntəqələrdə təmsil olunurlar. Eləcə də, müşahidəçi funksiyasını yerinə yetirən fəallarımız var. Bizim təşkilatın minlərlə üzvü seçki proseslərində böyük fəallıq göstərir”.
E.Heydərov qeyd edib ki, ötən 5 il ərzində YAP-ın bələdiyyələrdə təmsil olunan üzvləri əhalinin sosial məsələlərinin həllində yaxından iştirak ediblər. Bələdiyyənin əhali ilə sıx işlədiyini deyən təşkilat sədrinin sözlərinə görə, bu da növbəti seçki üçün əhəmiyyətlidir: “Siyəzən rayonunda 11 bələdiyyə fəaliyyət göstərir. YAP bu bələdiyyələr üzrə müvafiq yerlərin hamısına öz namizədlərini irəli sürüb. İnanırıq ki, dekabr ayında YAP növbəti möhtəşəm qələbəsini qazanacaq”.
Yeri gəlmişkən, dünən YAP-ın Siyəzən rayon təşkilatının Seçki Qərargahının növbəti toplantısı da keçirilib. Toplantıda qərargahın rəhbəri Etibar Heydərov, YAP Siyəzən rayon təşkilatı Qadınlar Şurasının sədri Ramilə Seyidova, YAP Siyəzən rayon Gənclər Birliyinin sədri Rəşad Rəhmanov və digərləri çıxış edərək bələdiyyə seçkiləri ilə əlaqədar görüləcək işlər barədə fikirlərini bildiriblər.
Beləliklə, göründüyü kimi, Yeni Azərbaycan Partiyasının Siyəzən rayon təşkilatının Seçki Qərargahında bələdiyyə seçkiləri ilə əlaqədar çevik, operativ, ciddi işlər gedir. Təbii ki, bu prosesin nəticəsinin uğurlu olacağını da indidən demək mümkündür.
Oktay
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

