YAP Yevlax rayon təşkilatı bələdiyyə seçkilərinə mütəşəkkil şəkildə hazırlaşır
04.11.2014 [09:53]
Rayon təşkilatının 19 nəfərdən ibarət Seçki Qərargahı yaradılıb
Məlum olduğu kimi, dekabrın 23-də ölkəmizdə növbəti bələdiyyə seçkiləri keçiriləcək. Və artıq bu prosesə rəsmən start verilib. Bu vaxta kimi müstəqil Azərbaycanda keçirilmiş bütün seçkilərin qalibi olan Yeni Azərbaycan Partiyası (YAP) da öz növbəsində, növbəti bələdiyyə seçkilərinə mütəşəkkil şəkildə hazırlaşır.
Belə ki, oktyabrın 29-da Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib. Müşavirədə bələdiyyə seçkiləri kampaniyasının yüksək səviyyədə təşkil edilməsi ilə bağlı məsələlər müzakirə edilib, müvafiq tapşırıqlar verilib.
Bələdiyyə seçkiləri ilə bağlı keçirilən ümumrespublika müşavirəsində partiyanın İcra Katibliyi tərəfindən verilən tövsiyə və tapşırıqlar Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatında da tam məsuliyyətlə yerinə yetirilməkdədir.
Belə ki, rayon təşkilatında seçkilərə hazırlıqla bağlı 19 nəfərdən ibarət Seçki Qərargahı yaradılıb, eyni zamanda, seçki prosesinə hazırlıqla bağlı müvafiq addımlar atılmaqdadır. Bu barədə YAP Yevlax rayon təşkilatının, həmçinin, rayon təşkilatının Seçki Qərargahının sədri, millət vəkili İlham Məmmədov məlumat verib.
Onun sözlərinə görə, hazırda YAP Yevlax rayon təşkilatında 8154 nəfər partiya üzvü birləşib ki, onlardan da 4120 nəfərini qadınlar 2200 nəfərini isə gənclər təşkil edir. Hazırda bütün partiya üzvləri bələdiyyə seçkilərinə hazırlıqla bağlı səfərbər olunublar. Bu məqamda qeyd edək ki, Yevlax rayonu üzrə 2 seçki dairəsi mövcuddur: 48 saylı Yevlax və 49 saylı Yevlax-Mingəçevir Seçki Dairəsi. Bu iki seçki dairəsi üzrə ümumilikdə 57 məntəqə fəaliyyət göstərir ki, bunlardan da 31 məntəqə 48 saylı, 26-sı isə 49 saylı seçki dairəsinin ərazisinə düşür.
Seçki Qərargahının sədri onu da deyib ki, Yevlax rayonu üzrə ümumilikdə 29 bələdiyyə var. Yəni, rayon ərazisində 1 şəhər, 1 qəsəbə, 27 kənd bələdiyyəsi mövcuddur ki, bunlar içərisində də ən böyüyü 17 üzvü olan Yevlax şəhər bələdiyyəsidir. Qeyd edilib ki, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirak üçün Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatı Yevlax ərazisi üzrə bələdiyyələrin tərkibində mövcud olan ümumilikdə 267 yerə 267 nəfər partiya fəalının namizədliyini irəli sürüb. İrəli sürülən namizədlərin 40 faizdən çoxunu qadınlar və gənclər təşkil edir.
Bundan sonrakı prosesdə, yəni, təbliğat kampaniyasına rəsmən start verildikdən sonra isə bütün zəruri olan təbliğat-təşviqat işləri həyata keçiriləcək. Bununla yanaşı, YAP Yevlax rayon təşkilatı bələdiyyə seçkilərində 2 seçki dairəsi və 57 məntəqə üzrə hər birinə 1 nəfər müşahidəçi, həmçinin, 1 nəfər məşvərətçi olmaqla, ümumilikdə 118 partiya fəalını seçki proseslərini izləmək üçün səfərbər edəcək.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

