YAP Gəncə şəhər təşkilatının Seçki Qərargahı imzatoplama kampaniyasına start verib
08.11.2014 [09:59]
Naqif Həmzəyev: Seçkilər üzrə böyük təcrübə qazanmış partiya fəallarımız kampaniya dövründə dairə və məntəqələrdə təmsil olunurlar
Məlum olduğu kimi, oktyabrın 29-da Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib. Müşavirədə bələdiyyə seçkiləri kampaniyasının yüksək səviyyədə keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib, müvafiq tapşırıqlar verilib. Partiyanın İcra Katibliyi tərəfindən verilən tövsiyə və tapşırıqlar Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında yüksək səviyyədə, məsuliyyətlə yerinə yetirilir. Gündən-günə sıraları genişlənən və möhkəmlənən YAP Gəncə şəhər təşkilatı hazırda 247 ərazi ilk partiya təşkilatını və 32 minə yaxın üzvü birləşdirir. Onlardan 18306 nəfəri gənclər, 20064 nəfəri isə qadınlardır.
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev bildirib ki, şəhər təşkilatında bələdiyyə seçkilərinə hazırlıqla bağlı 21 nəfərdən ibarət Seçki Qərargahı yaradılıb. Partiyanın Mərkəzi Aparatının tapşırıq və tövsiyələrinə uyğun olaraq fəaliyyətimizi tərtib olunan plan üzrə davam etdiririk. Qərargah üzvləri ilə birgə mütəmadi iclaslar keçirilir, görülən işlər gündəlik müzakirə olunur.
4 Dairə Seçki Komissiyasının 107 seçki məntəqəsində 144770 nəfərdən çox seçici 3 bələdiyyəyə 43 üzvün seçilməsində iştirak edəcək. Seçkilər üzrə böyük təcrübə qazanmış partiya fəallarımız kampaniya dövründə dairə və məntəqələrdə təmsil olunurlar. Müşahidəçi funksiyasını yerinə yetirən fəallarımız, təşkilatın minlərlə üzvü seçki proseslərində çox böyük işgüzarlıq, təşkilatçılıq, dövlətçiliyimizə sədaqət nümayiş etdirirlər. YAP Gəncə şəhər təşkilatı bələdiyyə seçkilərində seçki dairələri və məntəqələr üzrə 539 nəfər müşahidəçi, 111 nəfər məşvərətçi olmaqla, ümumilikdə 650 nəfər partiya fəalını seçki proseslərini izləmək üçün səfərbər edəcək.
Bələdiyyə üzvlüyünə 43 nəfər partiya fəalının namizədliyi irəli sürülüb. Onlardan 40 faizdən çoxunu gənclər və qadınlar təşkil edir. Təbliğat kampaniyasına rəsmən start verildikdən sonra zəruri olan bütün təbliğat-təşviqat işləri həyata keçiriləcək. Artıq namizədlərin sənədləri hazırlanaraq, müvafiq seçki komissiyalarına təqdim olunub və komissiyalardan imza vərəqələri götürülüb, imzatoplama kampaniyasına start verilib. İmzatoplama kampaniyasına kömək məqsədi ilə 85 nəfər partiyanın üzvü olan fəal gənc cəlb edilib.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45

