Gənclər arasında “Xalqa sədaqətin 22 ili” adlı siyasi olimpiada keçirilib
21.11.2014 [09:51]
Seymur Orucov: Bu gün ölkəmizin intellektual gəncliyi YAP sıralarında birləşib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı ilə Nərimanov rayonunda yerləşən “Mont İnn” hotelində partiyanın yaradılmasının 22-ci ildönümünə həsr olunmuş “Xalqa sədaqətin 22 ili” adlı siyasi olimpiada keçirilib. Olimpiadada Yeni Azərbaycan Partiyasının Bakı şəhəri üzrə rayon təşkilatlarından olan komandalar iştirak edib.
Tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov öncə Yeni Azərbaycan Partiyasının yarandığı vaxtdan keçdiyi inkişaf yoluna nəzər salıb. Partiyamızın ötən 22 il ərzində ölkənin ictimai-siyasi həyatında mühüm rol oynadığını deyən S.Orucov, eyni zamanda, Yeni Azərbaycan Partiyasının gənclər üçün böyük siyasi məktəb olduğunu qeyd edib. Natiq, həmçinin, partiyanın gəncliyin inkişafı üçün bütün imkanları yaratdığını deyib. Seymur Orucovun sözlərinə görə, bu gün ölkəmizin intellektual gəncliyi YAP sıralarında birləşib: “Bu gün YAP-ın sıralarına qoşulan gənclərin sayı 250 min nəfərə yaxındır. Partiya üzvlərinin təxminən 40 faizdən çoxunu gənclər təşkil edir. Gənclər burada siyasi məktəb keçərək siyasətçi kimi formalaşırlar. Siyasi olimpiadanı təşkil etməyimizdə də məqsəd gənclərə bu yöndə yardımçı olmaq, onların savad və bacarıqlarını püxtələşdirməkdir”.
Daha sonra çıxış edən YAP Gənclər Birliyinin Ofisinin rəhbəri Əli Pənahov Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi hadisə olduğunu vurğulayıb. O, Yeni Azərbaycan Partiyasının gənclərlə bağlı siyasətinin Azərbaycan gəncinin hərtərəfli inkişafına yönəldiyini söyləyib: “Bu gün partiyamızın dəstəyi ilə gənclərimiz öz bilik və bacarıqlarını artırır və bütövlükdə inkişaf edirlər. Biz gənclər də dövlətimizin əsas sütunu olan Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunmaqdan böyük qürur hissi duyaraq, hər bir zaman partiyamızın daha da inkişaf edib, qüvvətlənməsinə dəstək olmağa hazırıq”.
Daha sonra “Xalqa sədaqətin 22 ili” adlı siyasi olimpiadaya start verilib. 3 mərhələdən ibarət olan olimpiadada hər mərhələdə 5 sual səsləndirilib.
Sonda bütün iştirakçılara diplomlar, ilk üç yeri tutan komandalara isə diplom və qiymətli hədiyyələr təqdim olunub.
Oktay
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30

