Davamlı quruculuğa səs verək
04.12.2014 [11:00]
Lənkəranda namizədlərlə YAP seçki qərargahı üzvlərinin görüşü olub
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatında YAP tərəfindən bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş şəxslərlə Seçki Qərargahının üzvlərinin görüşü keçirilib. Görüşdə YAP İdarə Heyətinin üzvü, partiyanın İcra Katibliyinin məsul əməkdaşı Kərim Kərimov, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Mərkəzi Aparatının məsul işçisi Məcid Əhmədov və digər şəxslər iştirak ediblər.
Tədbiri Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının sədri İlqar Dadaşov açaraq bələdiyyə seçkilərinə start veriləndən bu günə qədər görülmüş işlər barədə qonaqlara ətraflı məlumat verib: “Partiyamız tərəfindən Lənkəranda mövcud olan 34 bələdiyyəyə 344 nəfərin namizədliyi irəli sürülüb. Bu şəxslərin imzatoplama kampaniyası yüksək səviyyədə həyata keçirilib, sənədləri Dairə Seçki Komissiyalarına təqdim olunub və YAP-ın namizədlərinin hamısı DSK-larda uğurla qeydiyyatdan keçiblər. Hazırda isə namizədlərin təbliğat-təşviqat kampaniyasının həyata keçirilməsi prosesi gedir. Yaradılan seçki qərargahı tərəfindən bu günə qədər bütün seçki prosedurları uğurla və Mərkəzi aparatın tapşırıq və tövsiyələrinə uyğun şəkildə həyata keçirilir. İnanırıq ki, bütün seçkilərdə olduğu kimi, bu seçkilərdə də Yeni Azərbaycan Partiyası xalqın inam və etimadı sayəsində qalib gələcəkdir”.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək bələdiyyə seçkilərinin uğurla başa çatması üçün seçicilərin fəallığının yüksək olması amilindən danışıb, son illərdə ölkəmizdə görülmüş genişmiqyaslı işlər barədə ətraflı məlumat verib: “Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və ölkəmizin yüksək inkişafına hesablanmış uğurlu sosial-iqtisadi siyasət bu gün Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə həyata keçirilir. Dövlət başçısının müəyyən etdiyi islahatlar kursunun həm miqyas, həm də keyfiyyət baxımından davamlı olması iqtisadiyyatın hər bir strukturunda müşayiət edilməklə yanaşı, ən yeni idarəetmə texnologiyalarının tətbiqi ilə çox böyük nailiyyətlərin əldə olunmasını şərtləndirib. Bu mükəmməl idarəetmə kursu Azərbaycanın müstəqil iqtisadi modelinin formalaşması üçün də əsaslı təməllər yaradıb. Bir sözlə, görüləcək işlər çoxdur. Azərbaycan bundan sonra daha da inkişaf etməli, xalqımız daha da yaxşı yaşamalıdır. Bunun üçün isə bizlər, eləcə də gənc nəsil əvvəlki seçkilərdə olduğu kimi, bu seçkidə də cənab Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasını dəstəkləməli, bu partiyanın ətrafında sıx birləşməli və partiya namizədlərinə səs verməliyik”.
Daha sonra çıxış edən YAP İdarə Heyətinin üzvü, partiyanın İcra Katibliyinin məsul əməkdaşı Kərim Kərimov bələdiyyə seçkilərinin respublikamızın sosial-siyasi həyatında vacib hadisə olduğunu vurğulayıb. Yerli özünüidarəetmə institutunun yaradılmasından 15 il ötdüyünü qeyd edib, bu müddət ərzində bələdiyyələrin müəyyən inkişaf yolu keçdiyindən, onların fəaliyyətlərinin təkmilləşdirilməsi istiqamətində dövlət tərəfindən zəruri addımların atıldığından danışıb. Natiq çıxışında Yeni Azərbaycan Partiyasının respublikamızda ən güclü siyasi qüvvə olduğunu, bu günə qədər keçirilən siyasi kampaniyalarda qələbə qazandığını, bundan sonra da bu şərəfli yolun layiqincə davam ediləcəyinə əmin olduğunu bildirib.
Xəbər lenti
Hamısına baxHadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Gündəm
15 Sentyabr 16:22
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24

