YAP Nəsimi rayon təşkilatı BSU-da Gənclər Gününü qeyd edib
03.02.2015 [18:12]
Azərbaycanda gənclərə dövlət tərəfindən daim diqqət və qayğı göstərilir. Ölkəmizdə biliyi, bacarığı olan heç bir gənc dövlətin diqqətindən kənarda qalmır və onlar daim yüksək vəzifələrə, dövlət idarəçiliyi işlərinə cəlb olunurlar. Bu fikri Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı 2 fevral - Azərbaycan Gəncləri Günü münasibəti ilə Bakı Slavyan Universitetində (BSU) təşkil olunan tədbirdə çıxışı zamanı bildirib. Tədbirdə YAP Nəsimi rayon təşkilatının fəalları, eləcə də, BSU-da təhsil alan gənc fəallar iştirak ediblər. Tədbiri giriş sözü ilə Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacıyev açaraq respublikamızda gənclərin böyük əksəriyyətinin cəmiyyətin işində yüksək fəallıq nümayiş etdirdiyini, bunun çox müsbət hal olduğunu vurğulayıb.
Mərasimdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı bu gün partiyamızın üzvü olan bütün gənclərin respublikamızda çalışdıqları sahələrdə fərqləndiklərini, öz fəaliyyətləri ilə ölkəmizə başucalığı gətirdiklərini bildirib.
Qeyd olunub ki, ölkəmizdə gənclərə diqqət və qayğı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra gənclər siyasəti dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. 1996-cı il fevralın 2-də isə ilk dəfə müstəqil dövlətimizin Gənclər forumu keçirildi. Ulu öndər Heydər Əliyevin imzaladığı Sərəncamla fevralın 2-si Azərbaycanda Gənclər Günü elan edildi. Və 1997-ci ildən etibarən bu günü gənclərin bayramı kimi qeyd edirik. “Ümummilli liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən də gənclərə böyük qayğı göstərilir”, - deyə M.İbrahimqızı vurğulayıb. Dövlət başçısının bu günlərdə gənclərlə bağlı daha bir Sərəncam imzaladığını xatırladan millət vəkili, onun icrasının gənclərimiz üçün çox faydalı olacağını bildirib. Millət vəkili gəncləri bu bayram münasibəti ilə təbrik edib, onlara işlərində yeni-yeni uğurlar arzulayıb.
Tədbirdə çıxış edən gənclər dövlətimizin onlara göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
Sonra YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı və BSU-nun rektoru Asif Hacıyev Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunan bir qrup gəncə partiya vəsiqələrini təqdim ediblər.
Tədbir BSU-nun bədii özfəaliyyət kollektivlərinin təqdimatında konsert proqramı ilə davam etdirilib.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Dünya
29 İyul 20:16
Dünya
29 İyul 19:50
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21

