/ / Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir
Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir
04.03.2015 [09:59]
YAP Oğuz rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib
Martın 3-də Yeni Azərbaycan Partiyası (YAP) Oğuz rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov YAP Gənclər Birliyinin yaranmasından, ötən müddət ərzində görülən işlərdən, həyata keçirilən tədbirlərdən ətraflı danışıb. Qeyd edib ki, Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirir: “Azərbaycan gəncliyi müstəqillik illərində ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak etmişdir. Minlərlə gənc beynəlxalq miqyaslı tədbirlərdə ölkəmizi uğurla təmsil etmişdir. Bu gün də gəncliyin inkişafı dövlət siyasətinin tərkib hissələrindən biridir”.
Konfransda YAP Oğuz rayon təşkilatı Gənclər Birliyinin sədri Anar İbrahimov hesabat məruzəsi ilə çıxış edib. Diqqətə çatdırılıb ki, YAP Oğuz rayon təşkilatının üzvlərinin 1455 nəfəri gənclərdən ibarətdir. Onlardan 680 nəfər təhsil sahəsində, 113 nəfər səhiyyədə, 53 nəfər mədəniyyət sahəsində, 56 nəfər bələdiyyələrdə, 38 nəfər dövlət qulluğunda, 452 nəfəri digər sahələrdə fəaliyyət göstərirlər. Rayon üzrə 2013-cü ildə 139, 2014-cü ildə 183 gənc partiya sıralarına üzv qəbul edilib.
Sonra məruzə ətrafında Sevda Alxasova, Zümrüd Umarova və Rauf Salamov çıxış ediblər. Bildirilib ki, gənclər bu gün dövlət idarəçiliyində, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında, ümumiyyətlə, müxtəlif sahələrdə uğurla təmsil olunur və milli inkişafa öz töhfələrini verirlər.
YAP Mərkəzi Aparatının məsul işçisi Emil Abbasov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxış edərək müasir Azərbaycan gənclərinin cəmiyyətdə və partiyada rolundan, dövlət gənclər siyasətinin nailiyyətlərindən ətraflı söz açıblar. Natiqlər Azərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğıdan, Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də, idman həyatında gənclərin rolundan danışıblar. Qeyd edilib ki, YAP, o cümlədən, partiyanın Gənclər Birliyi gənclərin fəallığına, onların potensialından səmərəli istifadə olunmasına xüsusi diqqət yetirir. Mütəmadi surətdə təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb.
Sonda təşkilati məsələlərə baxılıb, rayon təşkilatının Gənclər Birliyinin 19 nəfərlik şurası, 7 nəfərlik idarə heyəti müəyyənləşib. Mehman Ramazanov YAP Oğuz rayon təşkilatı Gənclər Birliyinin sədri, Fuad Rzayev və Həmid Şıxızadə isə sədr müavini seçiliblər.
Konfransda partiya sıralarına qəbul olunmuş bir qrup gəncə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub.
Konfransın sonunda tədbir iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə müraciət qəbul olunub.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

