YAP Xəzər rayon təşkilatında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
06.03.2015 [09:59]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Milli Məclisin deputatı Rauf Əliyev, YAP Xəzər rayon təşkilatı Qadınlar Şurasının sədri Pərvanə Hacıyeva və rayonun ictimai-siyasi, mədəni həyatında fəallığı ilə seçilən qadınlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Namiq Əhmədov 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib. O bildirib ki, qadın bəşəriyyətə ana və ilk tərbiyəçidir: “Qadınlar həm cəmiyyətdə, həm də ailədə xüsusi rola malikdirlər. Bu gün cəmiyyəti qadınsız təsəvvür etmək mümkün deyil”.
N.Əhmədov vurğulayıb ki, Şərqdə ilk dəfə səsvermə hüququ qazanmış Azərbaycan qadını bu gün ölkəmizi beynəlxalq müstəvidə layiqincə təmsil edir. Təşkilat sədri bildirib ki, Azərbaycanda dövlət qadın siyasətinin əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Onun sözlərinə görə, hazırda Prezident İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir. N.Əhmədov Azərbaycan qadınlarının cəmiyyətdə yüksək mövqedə olduğunu vurğulayıb. O qeyd edib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fonudunun prezidenti, UNESCO-nun və İSECO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın genişmiqyaslı fəaliyyəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. N.Əhmədov Yeni Azərbaycan Partiyasının sıralarında da onminlərlə qadının birləşdiyini diqqətə çatıdırıb: “Azərbaycan qadınları partiyamızın sıralarında çox fəaldırlar. Onlar bütün siyasi proseslərdə, seçki kampaniyalarında aktiv iştirak edirlər”.
Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov çıxışında qadınları 8 Mart və qarşıdan gələn Novruz bayramları münasibəti ilə təbrik edib. Azərbaycanda uğurlu dövlət qadın siyasətinin həyata keçirildiyini deyən G.İslamovun sözlərinə görə, qadınlar bu gün ictimai-siyasi proseslərdə fəal olmaqla yanaşı, dövlət qurumlarında da lazımi səviyyədə təmsil olunurlar.
Milli Məclisin deputatı, YAP Xəzər rayon təşkilatının sədr müavini Rauf Əliyev çıxışında xalqımız tərəfindən qadınlara hər zaman diqqət göstərildiyini deyib. O qeyd edib ki, qadınlara hörmət və ehtiram bəsləmək milli ənənə və dəyərlərimizin əsas tərkib hissəsidir. Millət vəkili bildirib ki, ölkə parlamentində gender bərabərliyi haqqında qanun qəbul olunub. Onun sözlərinə görə, Azərbaycanda qadınların hüquq bərabərliyi tam təmin olunub: “Onlar cəmiyyətin bütün sferalarında təmsil olunurlar. Sevindirici haldır ki, qadınların cəmiyyət həyatında fəallığı daha da artmaqdadır”.
Tədbirdə, həmçinin, YAP Xəzər rayon təşkilatı Qadınlar Şurasının sədri Pərvanə Hacıyeva, Şuranın üzvləri Zeynəb Əliyeva və Elmira Cabbarova çıxış edərək qadınlara olan diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.
Sonda Xəzər rayonunun ictimai-siyasi həyatında fəallıq göstərən bir qrup qadına fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22

