YAP cəmiyyətimizdə böyük nüfuza sahib olan partiyadır
12.09.2015 [11:35]
Manaf Manafov: YAP Pirallahı rayon təşkilatı üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır
Məlum olduğu kimi, noyabr ayında ölkəmizdə növbəti parlament seçkiləri keçiriləcək. Artıq bir sıra siyasi partiyalar seçki kampaniyasına başlayıblar. Təbii ki, hər dəfə olduğu kimi, Yeni Azərbaycan Partiyası (YAP) bu seçkilərin də favoritidir. Artıq bir müddətdir ki, partiyanın yerli strukturlarında seçki qərargahları yaradılıb və bütün resurslar səfərbər olunub. Digər təşkilatlar kimi YAP Pirallahı rayon təşkilatı da öz işini günün tələblərinə uyğun şəkildə qurub.
Rayon təşkilatının sədri Manaf Manafov bildirib ki, YAP cəmiyyətimizdə böyük nüfuza sahib olan partiyadır. Onun sözlərinə görə, Ulu öndərimiz Heydər Əliyevin yaratdığı YAP xalqımızın və ölkəmizin həyatını kökündən dəyişdirib, eyni zamanda, siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib: “İqtidar partiyası olaraq, YAP Heydər Əliyev siyasətinin avanqard qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verib və bundan sonra da verəcək. Öz sıralarında ictimaiyyətin bütün təbəqələrini birləşdirən YAP Ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə aparıcı rolunu gündən-günə daha da möhkəmləndirməkdədir”.
Təşkilat sədri qeyd edib ki, Ulu öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası ölkəmizdə ən güclü, ən monolit siyasi təşkilatdır və ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək digər partiya mövcud deyil. Onun sözlərinə görə, ölkə Prezidenti, partiyamızın Sədri İlham Əliyevin vurğuladığı kimi, artıq YAP Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsidir.
“YAP-ın böyük seçki təcrübəsi var. Təsadüfi deyil ki, 1993-cü ildən ötən müddətdə ölkəmizdə keçirilən bütün prezident, parlament və bələdiyyə seçkilərinin qalibi YAP olub. Bu qələbələr YAP-ın cəmiyyətdəki yerinin möhkəm olduğunu, həmçinin, dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkəmizin inkişafı istiqamətində həyata keçirilən proqramların nəticəsi olaraq, xalqın bu təşkilata böyük etimad göstərdiyini təsdiq edir. Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi illər ərzində əldə edilən sosial-iqtisadi nailiyyətlər, ölkəmizdə hüquqi dövlət, vətəndaş cəmiyyətinin yaradılması prosesini sürətləndirməklə yanaşı, milli dövlətçiliyimizdə yeni-yeni ənənələrin əsasını qoydu. Hörmətli Prezidentimizin yürütdüyü daxili və xarici siyasət nəticəsində Azərbaycan ilbəil güclənir, inkişaf edir və beynəlxalq müstəvidə də öz mövqeyini gücləndirir. Artıq bu gün müstəqil dövlətimiz bölgədə söz sahibidir, Azərbaycanın razılığı olmadan regionda hər hansı transmilli layihələr həyata keçirilə bilməz. Bir sözlə, Azərbaycanın Cənubi Qafqaz regionunun lider dövləti olması və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolunun artması dünyanın nüfuzlu siyasətçiləri tərəfindən də etiraf olunur”, - deyə M.Manafov vurğulayıb.
Sədr bildirib ki, YAP Pirallahı rayon təşkilatı 2012-ci ilin dekabr ayında yaradılmasına baxmayaraq, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır. Onun sözlərinə görə, 36 ərazi ilk partiya təşkilatı bütövlükdə özündə 4498 nəfəri birləşdirir. Təşkilatın üzvlərinin 1169 nəfəri qadın, 1473 nəfəri isə gəncdir. M.Manafovun sözlərinə görə, parlament seçkiləri ilə bağlı təşkilatda 11 nəfərdən ibarət Seçki Qərargahı yaradılıb. 13 saylı Xəzər-Pirallahı Seçki Dairəsi üzrə 10 seçki məntəqəsi var. Təşkilat tərəfindən dairə və məntəqələrə 1 müşahidəçi və məşvərətçi təyin olunub. Rayon əhalisinin 19 min 964 nəfər olduğunu deyən təşkilat sədrinin sözlərinə görə, seçicilərin sayı isə 10 min 980-dir. M.Manafov deyib ki, öz işini YAP Mərkəzi Aparatının tövsiyə və tapşırıqlarına uyğun quran təşkilat qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirməyə çalışır. “Hesab edirəm ki, qarşıdan gələn parlament seçkiləri də azad, şəffaf və ədalətli keçiriləcək. Bununla da, Azərbaycan bütün dünyaya demokratik dövlət olduğunu bir daha nümayiş etdirəcək. Və seçki amilindən sui-istifadə edərək ölkəmizə qarşı qərəzli kampaniyalar aparan qüvvələr isə bu dəfə də məqsədlərinə çatmayacaqlar”, - deyə təşkilat sədri vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

