Qaradağlılar YAP-ın namizədinə - Aydın Hüseynova səs verəcəklər
13.10.2015 [09:51]
Yeni Azərbaycan Partiyası tərəfindən 11 saylı Qaradağ Seçki Dairəsi üzrə namizədliyi irəli sürülmüş Hüseynov Aydın Nəsir oğlunun seçicilərlə ilk görüşü keçirilib
Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 11 saylı Qaradağ Seçki Dairəsi üzrə namizədliyi irəli sürülmüş Hüseynov Aydın Nəsir oğlunun təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə ilk görüşü oktyabrın 10-da keçirilib. Görüşdə çıxış edən YAP İdarə Heyətinin üzvü Kərim Kərimov əvvəlcə ölkəmizdə həyata keçirilən uğurlu siyasət və onun nəticələri barədə məlumat verib. Kərim Kərimov həmçinin YAP-ın ölkəmizin inkişafındakı rolundan danışıb. Onun sözlərinə görə, YAP 660 mindən artıq üzvü, ətrafında birləşdirdiyi ciddi intellektual potensialı və uğurlu fəaliyyəti ilə nəinki ölkəmizin, Cənubi Qafqaz regionunun ən güclü siyasi təşkilatıdır: “Bu güc isə, əlbəttə ki, hər bir seçkinin nəticəsində özünü aydın şəkildə göstərir. Noyabrın 1-də keçiriləcək seçkilərdə də YAP-ın namizədi Aydın Hüseynovun qalib gələcəyinə şübhə yoxdur. Çünki həm xalqımızın YAP-a böyük dəstək və inamı, həm də partiyamızın namizədinə qaradağlıların hörmət və ehtiramı bu əminliyi daha da gücləndirir”.
Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının İdarə Heyətinin üzvü İmran Şıxəliyev ölkəmizdə keçirilən seçkilərdə Qaradağ rayon seçicilərinin həmişə xüsusi fəallıq göstərdiyini xatırladaraq əmin olduğunu vurğulayıb ki, noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilər də bu mənada əlamətdar olacaq. O həmçinin YAP-ın ölkəmizdə və regionda ən güclü siyasi təşkilat olduğunu vurğulayaraq partiyamız tərəfindən irəli sürülmüş namizədlərin cəmiyyətimizin tanıdığı, hörmət etdiyi nüfuzlu insanlar olduğunu vurğulayıb. O, qaradağlıları YAP-ın namizədinə - Aydın Hüseynova səs verməyə çağırıb.
YAP Qaradağ rayon təşkilatının İdarə Heyətinin üzvü Zaməddin Həmişəyev isə YAP-ın 11 saylı Qaradağ Seçki Dairəsi üzrə namizədi Aydın Hüseynovun fəaliyyətinin böyük bir hissəsinin Qaradağ rayonu ilə bağlı olduğunu söyləyərək deyib ki, o, YAP Qaradağ rayon təşkilatının sədri kimi, həmişə rayon həyatında aktiv iştirakı ilə nüfuz qazanıb. O əmin olduğunu söyləyib ki, Qaradağ seçiciləri Aydın Hüseynova səs verəcəklər.
Tədbirdə çıxış edən 11 saylı Qaradağ Seçki Dairəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədi, partiyanın Siyasi Şurasının üzvü və Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov əvvəlcə, görüşə gələn seçicilərə minnətdarlıq edib. O, daha sonra Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin fonunda ölkəmizin qazandığı nailiyyətləri diqqətə çatdırıb. Onun sözlərinə görə, hazırda respublikamız Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində özünün nadir inkişaf dövrünü yaşayır və iqtisadi potensialını ilbəil artırır. İstənilən ölkədə, bir cəmiyyətdə inkişafı şərtləndirən əsas amillər siyasi iradə, davamlı islahatlar və xalqın həyata keçirilən siyasətə dəstəyidir. Azərbaycanda bu şərtlərin hamısı mövcuddur. O, daha sonra deyib: “Yeni Azərbaycan Partiyası yaradıldığı gündən yalnız bir məqsədə - Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə, inkişafına, xalqımızın rifahına xidmət edib. Bu məqsəd partiyamızın fəaliyyətinin özülünü təşkil edir. Ötən 23 ildə Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə xalqımızın ona göstərdiyi etimadı doğruldub və xalqın partiyasına çevrilməyi bacarıb. Bu, bir siyasi partiya üçün ən böyük nailiyyətdir. Qarşıda yeni hədəflər, yeni çağırışlar var. Bu gün partiyamızın məhz “Yeni hədəflərə doğru” şüarı ilə seçkiyə qatılmasının özündə də bu niyyət dayanır. Bu hədəflər nədən ibarətdir? Əlbəttə ki, ilk növbədə, Azərbaycanın daha da inkişafına nail olmaq, əhalinin daha yaxşı yaşamını təmin etmək məqsədi qarşıya qoyulub. Möhtərəm Prezidentimiz bəyan edib ki, Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələri sırasında öz layiqli yerini almalıdır”.
O, daha sonra millət vəkili seçiləcəyi təqdirdə görəcəyi işlər barədə görüş iştirakçılarına məlumat verib.
Tədbirdə çıxış edən seçicilər də noyabrın 1-də seçki məntəqələrinə gələrək məhz YAP-ın namizədi Aydın Hüseynova səs verəcəklərini bəyan ediblər.
Xəbər lenti
Hamısına baxSosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15

