Şəmkir rayonunun Kür qəsəbəsində YAP-ın namizədləri seçicilərlə görüşüblər
15.10.2015 [10:21]
Yeni Azərbaycan Partiyasının (YAP) Milli Məclisə seçkilərdə namizədlərinin təbliğat-təşviqat kampaniyası davam edir. Kampaniya çərçivəsində seçicilərlə növbəti görüşlərdən biri Şəmkir rayonunun Kür qəsəbəsində keçirilib. Görüşdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxış edərək ölkəmizdə əldə olunan böyük nailiyyətlərdən danışıb, YAP-ın güclü siyasi təşkilat olduğunu bildirərək, partiyamızın bütün seçkilərdə qalib gəldiyini diqqətə çatdırıb. O, partiyanın layiqli namizədlərinin xalq tərəfindən həmişə dəstəkləndiyini qeyd edərək, partiyanın namizədləri haqqında ətraflı məlumat verib. Seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərinə 1 noyabrda keçiriləcək parlament seçkilərində səs verməyə çağırıb.
100 saylı Şəmkir-Daşkəsən Seçki Dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Kamran Bayramov görüşdə çıxış edərək bildirib ki, ölkə ictimaiyyəti Azərbaycanın bugünkü reallıqları fonunda seçkilərə qatılıb, öz seçim hüquqlarından istifadə edərək hansı siyasi qüvvəyə, namizədə səs verəcəyini artıq heç bir çətinlik çəkmədən müəyyənləşdirmək imkanındadır. Seçki ərəfəsində ölkədəki sakitlik də yüksək səviyyədədir: “Azərbaycanın hazırkı inkişafı göz qabağındadır. Reallıqların içərisində olan, hər gün yeniləşmənin, inkişafın, tərəqqinin şahidinə çevrilən xalq düzgün dəyərləndirmə aparmaqla seçki prosesində fəal iştirak edəcək. Uğurlarımız bir-birini əvəzlədikcə yeni-yeni hədəflərə yol açılır ki, bu da ölkəmizin hərtərəfli inkişafını daha da sürətləndirir”.
K.Bayramov rayon sakinlərini seçkilərdə fəal olmağa və YAP-ın namizədlərinə səs verməyə çağırıb. O, həmçinin deputat seçiləcəyi təqdirdə görəcəyi işlər haqqında da məlumat verib.
Sonra çıxış edən Yeni Azərbaycan Partiyasının 99 saylı Şəmkir kənd Seçki Dairəsindən namizədi Sona Əliyeva da ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlarından, bu siyasət fonunda regionların sürətli inkişafından danışıb. S.Əliyeva, həmçinin millət vəkili seçiləcəyi təqdirdə görəcəyi işlərlə bağlı seçicilərə məlumat verib.
Tədbirdə YAP Şəmkir rayon təşkilatı Seçki Qərargahının üzvü Nurəddin Əhmədov və Misir Yusifov çıxış edərək Yeni Azərbaycan Partiyasının namizədlərinə böyük inam və etimadın olduğunu söyləyib, onlara seçkilərdə qələbə arzulayıblar.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

