Astaralılar YAP-ın namizədini dəstəkləyirlər
20.10.2015 [10:37]
Yeni Azərbaycan Partiyasının (YAP) Milli Məclisə seçkilərdə namizədlərinin təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Kampaniya çərçivəsində YAP-ın 77 saylı Astara Seçki Dairəsindən deputatlığa namizədi Rəşad Mahmudovun Astara rayonunun Artupa və Suparibağ kəndlərində seçicilərlə görüşü keçirilib. SİA-nın məlumatına görə, görüşü giriş sözü ilə açan YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov ölkəmizdə əldə olunan böyük nailiyyətlərdən danışıb. F.Əhmədov YAP-ın güclü siyasi təşkilat olduğunu bildirərək, partiyamızın bütün seçkilərdə qalib gəldiyini diqqətə çatdırıb. O, partiyanın layiqli namizədlərinin xalq tərəfindən həmişə dəstəkləndiyini qeyd edərək, partiyanın namizədi - Rəşad Mahmudov haqqında ətraflı məlumat verib. Sonda Firudin Əhmədov seçiciləri 1 noyabrda keçiriləcək parlament seçkilərində YAP-ın namizədlərinə səs verməyə çağırıb.
77 saylı Astara Seçki Dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Rəşad Mahmudov görüşdə çıxış edərək bildirib ki, ölkə ictimaiyyəti Azərbaycanın bugünkü reallıqları fonunda seçkilərə qatılıb, öz seçim hüquqlarından istifadə edərək hansı siyasi qüvvəyə, namizədə səs verəcəyini artıq heç bir çətinlik çəkmədən müəyyənləşdirmək imkanındadır: “Seçki ərəfəsində ölkədəki sabitlik də yüksək səviyyədədir. Azərbaycanın hazırkı inkişafı göz qabağındadır. Hər gün yeniləşmənin, inkişafın, tərəqqinin şahidinə çevrilən xalq düzgün dəyərləndirmə aparmaqla seçki prosesində fəal iştirak edəcək. Uğurlarımız bir-birini əvəzlədikcə yeni-yeni hədəflərə yol açılır ki, bu da ölkəmizin hərtərəfli inkişafını daha da sürətləndirir”.
R.Mahmudov rayon sakinlərini seçkilərdə fəal olmağa və YAP-ın namizədlərinə səs verməyə çağırıb. O, həmçinin deputat seçiləcəyi təqdirdə görəcəyi işlər haqqında da məlumat verib.
Sonra seçicilər və təbliğat qrupunun üzvləri çıxış edərək bildiriblər ki, noyabrın 1-də seçki məntəqələrinə gedərək Rəşad Mahmudova səs verməklə, Yeni Azərbaycan Partiyasına, davamlı inkişafa və yüksək rifaha səs vermiş olacaqlar.
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55

