Nəriman Əliyevin Masallı rayon Səmidxan kəndində seçicilərlə görüşü keçirilib
30.10.2015 [10:35]
1 noyabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 70 saylı Masallı şəhər Seçki Dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Nəriman Əlibala oğlu Əliyevin Masallı rayonu Səmidxan kəndində seçicilərlə növbəti görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev son illərdə ölkəmizdə çoxsaylı uğurların əldə olunduğunu bildirib: “İnanıram ki, əldə olunan bu uğurları göz önündə tutan Azərbaycan xalqı yenə də öz doğru seçimini edərək YAP-ın namizədlərini dəstəkləyəcək”.
Daha sonra çıxış edən YAP Masallı rayon təşkilatı Seçki Qərargahının üzvü Rafiq Bağırov əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Məhz bu uğurlu idarəetmə və siyasətin nəticəsidir ki, Azərbaycan bu gün dünyanın inkişaf etmiş ölkələri sırasında yer alaraq regionun lider dövlətinə çevrilib.
Görüşdə çıxış edən Səmidxan kənd sakinləri Yeni Azərbaycan Partiyasının 70 saylı Masallı şəhər Seçki Dairəsindən namizədi Nəriman Əliyevin layiqli namizəd olduğunu qeyd edərək seçkidə yekdilliklə ona səs verəcəklərini söyləyiblər.
Seçicilərlə görüşdə çıxış edən Yeni Azərbaycan Partiyasının 70 saylı Masallı şəhər Seçki Dairəsi üzrə deputatlığa namizədi Nəriman Əliyev bildirib ki, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyilə uğurla həyata keçirilən mükəmməl daxili və xarici siyasətin nəticəsidir ki, bu gün Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasına daxil olub.
Nəriman Əliyev həmçinin seçicilərin etimadını qazanıb millət vəkili seçiləcəyi təqdirdə, görəcəyi işlər haqqında da məlumat verib: “Parlament üzvünün vəzifələri qanunlarla müəyyənləşib. Deputatların əsas vəzifəsi qanun yaradıcılığı işilə məşğul olmaqdır. Amma insanların dəstəyilə parlamentə seçilən şəxs də həmin insanların problemlərilə maraqlanmağa və həllinə çalışmağa borcludur. Mən də sizi əmin edirəm ki, bütün gücümlə sizin etimadınızı doğrultmağa çalışacağam. Hamınızı 1 noyabr 2015-ci ildə keçiriləcək seçkidə YAP-ın namizədinə səs verməyə çağırıram”.
Sonda kənd sakinləri mövcud problemlər barədə namizədə məlumat verib, təkliflər irəli sürüblər.
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55

