/ / YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva və Şura üzvləri “Günəşli” yatağında xəsarət alanlara baş çəkiblər
YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva və Şura üzvləri “Günəşli” yatağında xəsarət alanlara baş çəkiblər
10.12.2015 [10:24]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurasının nümayəndələri Mərkəzi Neftçilər Xəstəxanasına gedərək “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın və qəza nəticəsində xəsarət alan neftçiləri ziyarət ediblər.
YAP Qadınlar Şurasının üzvləri xəstələrin səhhəti və müalicəsi ilə maraqlanıb, onların sağlamlıq durumu barədə həkimlərdən məlumat alıblar. Xəstəxananın şöbə müdiri Ədalət Abdullayev xəstələrin durumu haqqında məlumat verib və hazırda 12 nəfərin müalicə olunduğunu bildirib.
YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Nurlana Əliyeva belə bir faciəli hadisənin baş verməsindən təəssüfləndiyini bildirib və qeyd edib ki, bu hadisə bütün Azərbaycan qadınlarını üzür: “Çünki qadın həm anadır, həm bacıdır, həm də həyat yoldaşıdır. Həmin qəza nəticəsində həyatını itirən insanların anaları, bacıları, həyat yoldaşları kədər içindədirlər və biz də onların kədərinə qoşuluruq. Çünki bu hadisə bütün xalqımızın faciəsidir. Prezident İlham Əliyev tərəfindən matəm elan olunması da hadisənin ümumxalq faciəsi səviyyəsində anıldığını təsdiqləyir”.
N.Əliyeva qeyd edib ki, Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alan 12 nəfərdən heç birinin həyatı üçün problem yoxdur. Çünki onların müalicəsi ilə peşəkar həkimlər məşğul olurlar. “Müalicə olanların hər biri ilə görüşdük, onlara Allahdan şəfa dilədik. Onlar xalqımızın qəhrəman övladlarıdır, çünki elə bir şəraitdə çalışırlar. Müalicə olanların bəziləri digər yoldaşlarının xilası üçün də köməklik göstəriblər. Biz belə oğullarımızla qürur duyuruq. Biz itkin düşənlərin tezliklə tapılmasını arzu edirik. Çünki onların ailələri, eləcə də bizlər çox nigaranıq”, - deyə YAP Qadınlar Şurasının sədri vurğulayıb.
Qeyd edək ki, YAP Qadınlar Şurası tərəfindən müalicə olunan neftçilərin hər birinə hədiyyələr təqdim olunub.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55

