Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətdir
20.02.2016 [09:49]
Nizami rayonunda Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar tədbir keçirilib
Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Nizami rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının birgə təşkilatçılığı, “İki sahil” qəzetinin və “Bakcell” şirkətinin dəstəyi ilə “Xocalı - unudulmayan qan yaddaşımız” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları öncə eyniadlı mövzuda təşkil olunmuş rəsm sərgisi ilə tanış olublar.
Sonra işini akt zalında davam etdirən tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva Xocalı soyqırımının insanlığa qarşı törədilmiş ən dəhşətli cinayət olduğunu bildirib.
Deputat deyib ki, Ermənistan rəhbərliyi bu soyqırımını törətməklə xalqımızı qorxutmaq və vahimə içində saxlamaq, onun mübarizə əzmini qırmaq məqsədi güdüb. Lakin bu hadisələr Azərbaycan xalqının əzmini qıra bilməyib.
Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova qeyd edib ki, bəşər tarixinin ən qanlı cinayətlərindən olan Xocalı faciəsindən 24 il keçir: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində baş verənlər Azərbaycan xalqının yaddaşından heç zaman silinməyəcək. Həmin gün Ermənistan hərbçiləri bütün dünyanın gözü qarşısında Azərbaycanın bu qədim şəhərində soyqırımı törədib, heç bir günahı olmayan yüzlərlə dinc insanı qətlə yetiriblər”.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Rusiyanın Xankəndidə yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal edib, yüzlərlə insan qətlə yetirilib, əlil olub, minlərlə Xocalı sakini əsir götürülüb. Soyqırımına cavabdeh olan mayor Seyran Ohanyan general rütbəsinə qədər yüksəlib və hazırda Ermənistanın müdafiə naziridir. Rəsmi Yerevan indiyə kimi Xocalıda baş vermiş hadisələri, sadəcə, hərbi əməliyyat kimi qiymətləndirir və məsuliyyəti öz üzərinə götürmək istəmir.
Keçirilmiş inşa müsabiqəsindən söz açan Vüqar Rəhimzadə deyib ki, bu cür müsabiqələrlə həm gənc nəslin Azərbaycan tarixi ilə bağlı maarifləndirilməsinə, həm də onların bilik və bacarıqlarını, jurnalistikaya olan maraqlarını, potensiallarını üzə çıxarmağa çalışırıq. Eyni zamanda, bu cür tədbirlərlə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq təşviqat kampaniyasına gənc nəslimizin dəstəyini bir daha ifadə etmiş oluruq.
Çıxış edən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva və “Bakcell” şirkətinin məsul əməkdaşı Vəfa Abdullayeva soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilməsi istiqamətində Ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini yüksək qiymətləndirib, hazırda bu istiqamətdə ölkə rəhbərliyi tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıblar.
Çıxışların ardınca “Xocalı - unudulmayan qan yaddaşımız” mövzusunda keçirilmiş inşa və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb. Müsabiqənin yekunları haqqında məlumat verən YAP Nizami rayon təşkilatının Aparat rəhbəri Ramil Vəlibəyov bildirib ki, fevral ayının 15-də yekunlaşan müsabiqəyə iki dildə, ümumilikdə 20-dən artıq məktəbdən 32 inşa və 30 rəsm əsəri daxil olmuşdur. Yaradılmış komissiya tərəfindən keçirilmiş qiymətləndirmə zamanı müsabiqənin qalibləri müəyyənləşdirilmişdir.
Sonra qaliblərə diplomlar və hədiyyələr təqdim edilib.
Daha sonra YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyevaya “Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin yaradılmasının 15 illiyi münasibətilə təsis edilmiş “Fədai” medalı təqdim edilib.
Çıxış edən “Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Məhi Mehdiyev bildirib ki, müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həlli və hər cür qayğı ilə əhatə olunması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biridir.
Tədbirin sonunda Qarabağ həqiqətlərindən bəhs edən “Həqiqət” romanının təqdimatı olub.
Kitabın müəllifi Ramiz Dəniz çıxış edərək deyib ki, əsərdə əsas məqsəd tarixi həqiqəti ortaya qoymaqdır. Qarabağ hadisələrinin bir hissəsi olan Qaradağlı kəndi sakinlərinin blokada şəraitindəki həyatı, çətinliklərə sinə gərməsi, bütün müasir silahlarla silahlanan daşnaklara müqavimət göstərməsi və kəndin işğalı əks olunur.
Sonra müəllif imzalı kitablarını qonaqlara təqdim edib.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

