/ / YAP Ağcabədi rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir
YAP Ağcabədi rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir
26.01.2017 [09:46]
Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatının IX konfransına hazırlıq işləri davam edir. Konfransa nümayəndələrin müəyyənləşdirilməsi üçün ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsi üzrə hazırlanmış qrafikə uyğun olaraq növbəti hesabat-seçki yığıncağı YAP Ağcabədi rayon təşkilatı Ağcabədi Bələdiyyəsi ərazi ilk partiya təşkilatında keçirilib.
Tədbirdə ərazi ilk partiya təşkilatının sədri Füzuli Yusifov hesabat məruzəsi ilə çıxış edərək hesabat dövrü ərzində ilk təşkilatın gördüyü işlər barədə məlumat verib.
Məruzə ətrafında çıxış edən Ağcabədi Bələdiyyəsinin sədri Mürşüd Məmmədov, YAP üzvləri Çərkəz Ağayev və Zülfü Quliyev yaradıcısı Ulu öndər Heydər Əliyev olan, hazırda Azərbaycan Prezidenti İlham Əliyevin Sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının ölkənin aparıcı siyasi partiyası olduğunu qeyd ediblər. Çıxışçılar eyni zamanda ərazi ilk partiya təşkilatının ötən dövr ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Yığıncaqda YAP Ağcabədi rayon təşkilatının Aparat rəhbəri Nazim Bünyatov çıxış edərək partiyanın yaranma tarixi və hazırda ölkənin siyasi həyatında oynadığı rol barədə geniş məlumat verib. Çıxışda o da bildirilib ki, Yeni Azərbaycan Partiyasının qabaqcıl təşkilatlarından biri də YAP Ağcabədi rayon təşkilatıdır. Bu gün təşkilatın üzvlərinin sayı 13020 nəfərdir ki, onların 5940 (45,6%) nəfərini qadınlar, 5073 (39,0%) nəfərini isə gənclər təşkil edir. Təkcə 2016-cı ildə YAP sıralarına 932 nəfər daxil olub.
N.Bünyatov deyib ki, YAP Ağcabədi rayon təşkilatının aparıcı ərazi ilk təşkilatlarından hesab edilən Ağcabədi Bələdiyyəsi ərazi ilk təşkilatının uçotunda 27 nəfər YAP üzvü var. Ərazi ilk təşkilatın üzvləri YAP Ağcabədi rayon təşkilatının keçirdiyi bütün tədbirlərdə, xüsusən prezident, parlament, bələdiyyə seçkilərində və referendumlarda həmişə siyasi fəallıq nümayiş etdiriblər.
Sonda hesabat məruzəsi səsə qoyulub və yekdilliklə qəbul olunub, həmçinin YAP Ağcabədi rayon təşkilatı Ağcabədi Bələdiyyəsi ərazi ilk partiya təşkilatının İdarə Heyətinin üzvləri, sədri, sədr müavinləri, eləcə də YAP Ağcabədi rayon təşkilatının IX konfransına nümayəndələr seçilib.
NADİR
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

