/ / YAP Daşkəsən rayon təşkilatının rayon İcra Hakimiyyəti ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib
YAP Daşkəsən rayon təşkilatının rayon İcra Hakimiyyəti ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib
08.02.2017 [09:58]
Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının rayon İcra Hakimiyyəti ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib. Hesabat məruzəsi ilə çıxış edən ərazi ilk partiya təşkilatının sədri Malik Ələsgərov YAP fəallarının rayonda keçirilən bütün mədəni-kütləvi tədbirlərdə aktiv iştirakını vurğulayıb.
Hesabat-seçki yığıncağında çıxış edən Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev bildirib ki, ölkəmizin hər yerində geniş vüsət alan quruculuq və abadlıq işləri Daşkəsən rayonunun timsalında da aydın görünür. Əhəd Abıyev daha sonra qeyd edib ki, son illər rayonda mühüm layihələr həyata keçirilib: “Rayon Mərkəzi Xəstəxanası, Statistika idarəsi, qəzalı vəziyyətdə olan yaşayış evlərinin sakinləri üçün yaşayış binaları, 7 müasir məktəb binası tikilmiş, 3 uşaq bağçası əsaslı təmir edilərək istifadəyə verilmiş, yaşayış binalarında bərpa-gücləndirmə işləri aparılmışdır. Daşkəsən şəhər və Alunitdağ qəsəbəsindəki çoxmərtəbəli yaşayış və inzibati binaların hamısının dam örtüyü yeni dəmir lövhələrlə əvəzlənmişdir. Daşkəsən şəhərində və Alunitdağ qəsəbəsində 35/6 kv-luq elektrik yarımstansiyası tikilib istifadəyə verilmişdir. Qabaqtəpə kəndində əhalinin gediş-gəlişinin yaxşılaşdırılması məqsədilə uzun illərdən bəri problemli məsələ kimi qalmış 2 ədəd müasir körpü tikilərək sakinlərin istifadəsinə verilmişdir. Bu gün Daşkəsən şəhərinin su-kanalizasiya sistemi müasir vəziyyətdə yenidən qurulur və bu sahədə işlər davam etdirilir. Bu işlər başa çatdıqdan sonra şəhər sakinləri 24 saat ekoloji təmiz içməli su ilə təmin olunacaqlar. İndi Daşkəsən inkişaf və tərəqqi dövrünü yaşayır. “Yeni Daşkəsən” layihəsi bütün rayon ictimaiyyətinin dərin razılığı ilə qarşılanır, bəyənilir və dəstəklənir. Hər bir daşkəsənli əldə edilən nailiyyətlərə və görülən işlərə görə ölkə Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlığını bildirir”.
Sonda Malik Ələsgərov yenidən ərazi ilk partiya təşkilatının sədri seçilib. Yığıncaqda həmçinin ərazi ilk partiya təşkilatının idarə heyətinin üzvləri və YAP Daşkəsən rayon təşkilatının IX konfransına nümayəndələr seçilib.
Xəbər lenti
Hamısına baxDünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17

