YAP Tərtər rayon təşkilatının IX konfransı keçirilib
25.05.2017 [09:41]
Mayın 24-də Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının IX konfransı keçirilib. Konfrans iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin rayonun mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri qoyublar.
Tərtər rayon Mədəniyyət mərkəzinin iclas zalında keçirilən konfrans Ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin oxunmasından sonra öz işinə başlayıb.
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun, YAP Siyasi Şurasının üzvü, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevin və YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanovun da iştirak etdiyi konfransda öncə YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov hesabat məruzəsi ilə çıxış edib. Yeni Azərbaycan Partiyasının yarandığı gündən keçən müddət ərzində zamanın çətin sınaqlarından şərəflə çıxaraq böyük siyasi qüvvəyə çevrildiyini deyən natiq, eyni zamanda, YAP Tərtər rayon təşkilatının rayonun ictimai-siyasi həyatındakı fəal mövqeyindən də söhbət açıb.
Ramiz Şabanov bildirib ki, YAP Tərtər rayon təşkilatı özünün 83 ərazi ilk partiya təşkilatında 6034 nəfər partiya üzvünü birləşdirir. Partiya üzvlərinin 3210 nəfəri qadın, 1394 nəfəri gənclərdir. Hesabat dövrü ərzində rayon təşkilatının üzvlərinin sayı 1328 nəfər artıb ki, onların da 950 nəfərini qadınlar, 671 nəfərini isə gənclər təşkil edir: “Hesabat dövrü ərzində keçirilən prezident, parlament, bələdiyyə seçkiləri və ümumxalq səsverməsi - referendumda rayon təşkilatı siyasi aktivlik göstərib. Bildirilib ki, bələdiyyə seçkilərində seçilən bələdiyyə üzvlərinin 151 nəfəri və ya 66,4 faizi YAP üzvləridir. Onlardan 55 nəfəri qadın, 55 nəfəri isə gəncdir”.
Sonra YAP Tərtər rayon təşkilatı Nəzarət-Təftiş Qrupunun sədri Adil Hüseynov qrupun fəaliyyəti barədə hesabat verib. Məruzələr ətrafında YAP Tərtər rayon təşkilatı Qadınlar Şurasının sədri Xatirə Məmmədova, rayon Təhsil şöbəsinin müdiri Surxay Mirzəyev, rayon Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Xeyri Həcər, Bəyimsarov kənd xəstəxanasının baş həkimi Hicran Hüseynova çıxış ediblər.
Konfransda həmçinin YAP Siyasi Şurasının üzvü, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev və rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, YAP-ın yarandığı tarixi şəraitdən, keçdiyi çətin və şərəfli yoldan, partiyanın yaradıcısı Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından ətraflı bəhs ediblər. Vurğulanıb ki, məhz Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dövləti parçalanmadan, anarxiya, xaos və tənəzzüldən qurtularaq bugünkü vəziyyətə gəlib çıxıb. Qeyd olunub ki, nail olduğumuz müstəqillik bu gün möhtərəm Prezidentimiz, YAP-ın Sədri cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət nəticəsində daha da möhkəmlənib, Azərbaycanın müstəqilliyi əbədilik qazanıb.
Hər iki çıxışda, eyni zamanda, hesabat məruzəsinin qənaətbəxş olduğu bildirilib.
Sonra konfransda təşkilati məsələyə baxılıb. Ramiz Şabanov yenidən YAP Tərtər rayon təşkilatının sədri seçilib. Konfransda həmçinin 31 nəfərdən ibarət Şura, 13 nəfərdən ibarət İdarə Heyəti, 5 nəfərdən ibarət Nəzarət-Təftiş Qrupunun üzvləri seçilib.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

