/ / YAP-ın yaranmasının 25 illiyi ilə əlaqədar partiyanın Səbail rayon təşkilatında “91-lər”lə görüş keçirilib
YAP-ın yaranmasının 25 illiyi ilə əlaqədar partiyanın Səbail rayon təşkilatında “91-lər”lə görüş keçirilib
07.10.2017 [10:14]
Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25 illiyi ilə əlaqədar partiyanın Səbail rayon təşkilatının keçirdiyi silsilə tədbirlər çərçivəsində “91-lər”lə görüş təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbir “91-lər”in dünyasını dəyişən üzvlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Görüşdə YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev çıxış edərək Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olmasının, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsinin dahi rəhbər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. O vurğulayıb ki, Ümummilli lider Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində gördüyü işlər artıq Azərbaycanı inkişaf yoluna çıxarıb. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Müstəqil dövlət ideyası Azərbaycanın yeni tarixində məhz Ulu öndər Heydər Əliyevin adı, şəxsiyyəti ilə bağlıdır.
Şəmsəddin Hacıyev qeyd edib ki, Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi palitrasına yeni nəfəs gətirib. Bu gün partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqaz bölgəsinin ən güclü siyasi qüvvəsi kimi özünü təsdiq edib. Azərbaycanın inkişafı prosesində YAP fəal şəkildə iştirak edir.
Azərbaycanın rus icmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin çıxış edərək YAP-ın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan, Ulu öndər Heydər Əliyevin xalqın və dövlətin qarşısında göstərdiyi böyük xidmətlərdən danışıb. O deyib ki, Ulu öndər Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra xalqın tarixi yaddaşını bərpa edib. Çünki istənilən xalq tarixi yaddaşsız mövcud ola bilməz.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, “91-lər”in üzvü Vüqar Rəhimzadə çıxış edərək partiyanın şərəfli mübarizə tarixindən, Ümummilli lider Heydər Əliyevin doğma xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıb. O bildirib ki, yüz minlərlə insan Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana qayıdışını gözləyirdi. Ulu öndər Heydər Əliyevi hakimiyyətə çağırmaqla Azərbaycan xalqı ölkəmizi parçalanmaqdan, vətəndaş müharibəsindən qorudu.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxış edərək deyib ki, YAP-ın yaranması mürəkkəb və çətin bir dövrə təsadüf edib. İyirmi beş il keçməsinə baxmayaraq, yenə də çox mürəkkəb tarixi mərhələ yaşayırıq. 1994-ci il sentyabrın 20-də “Əsrin müqaviləsi” nə qədər böyük risklər altında imzalandısa, bu il sentyabrın 14-də imzalanan və yeni əsrin yeni müqaviləsi kimi səciyyələndirilən saziş də bir o qədər mürəkkəb bir dövrdə imzalandı. Ondan sonra yaranan siyasi-iqtisadi münasibətlər iqtisadi müstəqilliyimizi təmin edəcək mühüm bir hadisə kimi tarixi yaddaşımızda qaldı.
Tədbirdə iştirak edən “91-lər”in üzvləri YAP-ın ötən 25 ildə Azərbaycan dövlətçiliyinin güclənməsinə, xalqımızın rifah halının yüksəlməsinə böyük töhfələrini qeyd ediblər. Natiqlər YAP-ın bu gün öz üzərinə düşən vəzifələrin öhdəsindən yüksək səviyyədə gəldiyini və müstəqil dövlətimizin daha da güclənməsinə var gücü ilə xidmət etdiyini vurğulayıblar.
Xəbər lenti
Hamısına baxDünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55

