Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Laçın rayon təşkilatı “Hərəyə bir ağac əkək” kampaniyası çərçivəsində ağacəkmə aksiyası keçirib

YAP Laçın rayon təşkilatı “Hərəyə bir ağac əkək” kampaniyası çərçivəsində ağacəkmə aksiyası keçirib

06.12.2017 [10:11]

Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25-ci ildönümü ilə əlaqədar partiyanın Laçın rayon təşkilatı “Hərəyə bir ağac əkək” kampaniyası çərçivəsində ağacəkmə aksiyası keçirib.
Aksiyada YAP Laçın rayon təşkilatının İdarə Heyəti və Şurasının, həmçinin Qadınlar Şurasının və Gənclər Birliyinin üzvləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Aksiyada Laçın rayon sakinlərinin müvəqqəti məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində sosial-ictimai obyektlərin həyətlərinə 1000 ədəddən artıq ağac, gül kolu əkilib, quruyan ağaclar yeniləri ilə əvəz edilib, onların suvarılması təmin olunub. Ağacların inkişafı üçün gübrələr verilərək yeni su xətti çəkilib.
YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov bildirib ki, bu tədbirlər gələn ilin mart ayına kimi davam etdiriləcək. Onun sözlərinə görə, “Hərəyə bir ağac əkək” kampaniyası ölkədə meşəlik zolağının və yaşıllığın daha da genişləndirilməsi, ekoloji durumun daha da yaxşılaşdırılmasına xidmət edir.

Paylaş:
Baxılıb: 790 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Almaniyanın dron problemi

15 Avqust 09:35  

Ədəbiyyat

Mobil qida

15 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

15 Avqust 09:05  

Gündəm

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31