/ / YAP Nərimanov rayon təşkilatında 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş “dəyirmi masa” keçirilib
YAP Nərimanov rayon təşkilatında 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş “dəyirmi masa” keçirilib
20.01.2018 [01:19]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatında 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş “dəyirmi masa” keçirilib. Tədbiri giriş sözü ilə açan təşkilatın sədri Təmraz Tağıyev bildirib ki, 1990-cı ilin yanvar ayında Mixail Qorbaçov başda olmaqla, keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, ozamankı respublika rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz olaraq ayağa qalxmış xalqa qarşı sovet hərbi birləşmələrinin yeridilməsi Bakıda faciəyə gətirib çıxarıb, böyük itkilərlə, günahsız insanların ölümü ilə nəticələnib: “Ölkənin odövrkü rəhbərlərinin cəsarətsizliyindən fərqli olaraq, həmin vaxt Moskvada yaşayan Ümummilli lider Heydər Əliyev Azərbaycan nümayəndəliyinə gələrək, 20 Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi. Məhz Ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi, ağır cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı, 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edildi”.
20 Yanvar hadisəsinin canlı şahidləri olan Kooperasiya Universitetinin professoru Vilayət Əliyev və YAP Nərimanov rayon təşkilatının baş məsləhətçisi Nizami Babaşov 20 Yanvar faciəsinin xalqımızın tarixi yaddaşında şanlı səhifələrindən biri olduğunu bildiriblər və 28 il öncə müstəqillik və suverenlik uğrunda mübarizəyə qalxmış xalqımızın başına gətirilən faciədən bəhs ediblər.
Sonra fəal gənclər çıxış edərək 1990-cı ilin 20 yanvar gününün Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu, bu tarixin dünyanın hər yerində Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizəsinin simvolu kimi qeyd edildiyini söyləyiblər. Bildirilib ki, 20 Yanvar hadisələri Azərbaycanın müasir müstəqillik tarixinin başlanğıc nöqtəsi sayılır. Belə ki, bu dövrdən sonra xalqımızda milli mənlik şüuru, müstəqillik ruhu daha da çoxalıb. 20 Yanvar şəhidləri tək ölkəmiz üçün müstəqillik qazanmayıblar, onlar həmçinin Azərbaycan xalqı və ən əsası gənclik üçün bir nümunə rolu oynayıblar. Gəncliyimiz bir insanın müstəqillik üçün canından keçməsinin nə dərəcədə şərəfli olduğunu 20 Yanvar şəhidlərinin timsalında görüb. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə “20 Yanvar şəhidi” adının təsis edilməsi barəsində Fərman imzalaması şəhidlərin ruhuna olan böyük ehtiramdır. Ümummilli lider bir daha göstərdi ki, Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş hər bir insan xalqımız, dövlətimiz üçün ən yüksəklərdədir. Təbiidir ki, bu da Azərbaycan gəncliyində bir stimul formalaşdırır. Gənclərimiz başa düşürlər ki, onların ən əsas məqsədi dövlətçiliyimizin qorunub saxlanması və ərazi bütövlüyümüzün bərpasıdır. Bu yolda hər bir gənc Ali Baş Komandanın əmrlərini gözləyir.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18

