Füzulililərin seçimi cənab İlham Əliyevdir
24.03.2018 [10:09]
“İlhamla irəli” devizi ilə təşviqat kampaniyasına uğurla start verən Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Füzuli rayon şöbəsi martın 22-də Horadiz şəhərindəki “Qəhrəmanlar parkı”nda füzulili seçicilərlə möhtəşəm görüş keçirib.
Görüşdə çıxış edən YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova bildirib ki, füzulililər 11 aprel prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevi böyük səs çoxluğu ilə dəstəkləyəcəklər. Ona görə ki, xalqımız Prezidentin 15 illik fəaliyyətini yüksək qiymətləndirir. Məhz Onun qətiyyətli siyasi fəaliyyəti nəticəsində Azərbaycan dövləti bu gün beynəlxalq aləmdə güc və söz sahibi olub. Biz ölkəmizin və xalqımızın daha böyük inkişaf hədəflərinə çatmasını istəyiriksə, yenidən Prezident İlham Əliyevə etimad göstərməliyik.
Seçicilərlə görüşdə Milli Məclisin deputatı Rüstəm Xəlilov çıxış edərək bildirib ki, Azərbaycan dövləti və xalqı, o cümlədən Yeni Azərbaycan Partiyası qarşıdan gələn prezident seçkilərinə böyük uğurlarla gedir. Cənab İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycan bütün sahələrdə misilsiz nailiyyətlər qazanıb. İlk növbədə, ölkəmizdə möhkəm ictimai-siyasi sabitlik mövcuddur və vətəndaş həmrəyliyi var. Təbii ki, son 15 ildə sosial-iqtisadi, humanitar, mədəni və digər sahələrdə əldə olunan böyük uğurların əsasında sabitlik dayanır. Həmçinin Azərbaycanda lider-xalq birliyi güclüdür. Xalqımız öz liderinə inanır, liderimiz də xalqın maraqlarını ləyaqətlə təmsil edir: “Mən əminəm ki, məhz bütün bu və digər uğurlara görə müdrik xalqımız mövcud inkişafın davamlı olmasını istəyərək cənab İlham Əliyevə yenidən etimad göstərəcək”.
Milli Məclisin deputatı Şahin İsmayılov çıxışında vurğulayıb ki, son 15 ildə iqtisadiyyatımız 3,2 dəfə artıb, 1,9 milyon yeni iş yeri açılıb. Qeyri-neft iqtisadiyyatı isə 2,8 dəfə artıb. Sənaye sahəsində 2,6 dəfə, kənd təsərrüfatında 1,7 dəfə, qeyri-neft ixracında isə 4,1 dəfə artım var. Sahibkarlara güzəştli şərtlərlə 2 milyard manatdan çox kreditlər verilib. Ölkəmizin yaşayış məntəqələrinin qazlaşdırılması 51 faizdən 93 faizə çatdırılıb. Bu dövrdə 3 mindən çox məktəb, 600-dən artıq tibb müəssisəsi tikilib istifadəyə verilib və ya yenidən qurulub. Maaşlar 5, pensiyalar 8 dəfə artıb. İşsizlik 5 faiz təşkil edir, yoxsulluq 50 faizdən 5,4 faizə enib. Bu yaxınlarda dövlət başçısı tərəfindən əməkhaqlarının, pensiyaların, sosial müavinətlərin artırılması əhalinin rifah halını daha da yüksəldəcək. Bütün bunların növbəti illərdə də davam etməsi yalnız cənab İlham Əliyevin yenidən dövlətimizə rəhbərliyi ilə mümkündür: “Mən buradakı qələbəliyi görəndən sonra bir daha əmin oldum ki, füzulililər bir nəfər kimi YAP-ın namizədini dəstəkləyəcəklər”.
Tədbirdə çıxış edən füzulililər bildiriblər ki, onların etimad göstərəcəyi yeganə namizəd məhz cənab İlham Əliyevdir.
Xəbər lenti
Hamısına baxDünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23

