İlham Əliyevə səs vermək - inkişafa və sabitliyə səs vermək deməkdir
29.03.2018 [10:28]
Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatı 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərində partiyanın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüş Şuşa şəhər 1 nömrəli məktəbin akt zalında rayonun bir qrup təhsil, səhiyyə və mədəniyyət işçiləri ilə “İlhamla irəli” şüarı altında keçirilib.
Görüşdə YAP Mərkəzi Seçki Qərargahı Şuşa rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Təvəkkül Əliyev çıxış edərək Yeni Azərbaycan Partiyasının namizədi, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə 2003-cü ildən bu günədək həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən, aparılan uğurlu daxili və xarici siyasətdən bəhs edib. O, cənab İlham Əliyevin yeni əsrin yeni lideri olduğunu vurğulayaraq seçiciləri 11 apreldə seçki məntəqələrinə gələrək Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıb.
Milli Məclisin deputatları Elman Məmmədov və Flora Qasımova çıxışlarında qeyd ediblər ki, xalqımızın bu seçkilərdə də cənab İlham Əliyevə səs verəcəyinə kimsədə şübhə yoxdur. Çünki Azərbaycan 2003-cü ildən bu vaxtadək Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm tarixi nailiyyətlər qazanıb. Azərbaycan cəmiyyəti bundan sonra da uğurların davamının gəlməsini arzulayır.
Tədbirdə Ağsaqqallar Şurasının üzvü Ramiq Məhərrəmov da çıxış edərək rayonun digər seçiciləri kimi, ağsaqqalların da Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə yekdilliklə səs verəcəklərini diqqətə çatdırıb.
Görüşdə iştirak edən seçicilərdən Günəş Hüseynova, Nazilə İbrahimova, Aidə Süleymanova və başqaları çıxış edərək vurğulayıblar ki, şuşalılar həmişə dövlətə, dövlətçiliyə, Prezidentimiz cənab İlham Əliyevə öz sədaqətlərini göstəriblər. Onlar yekdilliklə belə bir əminlik ifadə ediblər ki, seçki günü hamı bir nəfər kimi seçki məntəqələrinə gələcək və xalqımızın layiqli oğluna - İlham Əliyevə səs verəcək. Çünki İlham Əliyevə səs vermək - yüksəlişə, inkişafa, tərəqqiyə, sabitliyə səs vermək deməkdir.
Xəbər lenti
Hamısına baxDünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47

