“XXI əsr: Modern cəmiyyət - insan tərbiyəsində qadınların rolu”
20.11.2018 [09:16]
Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında bu mövzuda konfrans keçirilib
Noyabrın 19-da Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında “XXI əsr: Modern cəmiyyət - insan tərbiyəsində qadınların rolu” mövzusunda konfrans keçirilib. Konfrans iştirakçıları əvvəlcə partiyanın qərargahında Ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyub, Ulu öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva konfransın Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümünə təsadüf etdiyini deyərək bu münasibətlə təbriklərini çatdırıb. Azərbaycan cəmiyyətində qadınların rolundan danışan N.Əliyeva bildirib ki, bu gün qadınlar ölkənın ictimai həyatında fəal iştirak edirlər. Onun sözlərinə görə, YAP sıralarında təmsil olunan fəal qadınlar cəmiyyətdə böyük nüfuza sahibdirlər: “Qadınlar dünyada sülhün, təhlükəsizliyin əsas təbliğatçılarıdır. Bu mənada modern cəmiyyətdə qadınların fəal rolu var. Azərbaycanda qadın hərəkatının genişlənməsi Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtdığı dövrdən başlayır. Bu hərəkat Onun rəhbərlik etdiyi dövlətdə qadınlarımıza yüksək etimadın göstərilməsi, onların daim irəliyə çəkilməsi ilə səciyyələnir. Bu gün həmin siyasət uğurla davam etdirilir. Qadınlara diqqət və qayğı hazırda dövlətimizin siyasətinin mərkəzində yer alıb”.
Nurlana Əliyeva deyib ki, bu gün qadınlarımız istər parlamentdə, istər məhkəmə-hüquq orqanlarında, istərsə də səhiyyə və digər sahələrdə çox məhsuldar şəkildə fəaliyyət göstərirlər. “Bu gün qadınlarımızın qarşısında duran ən məsuliyyətli işlərdən biri də gənclərimizin tərbiyəsidir. Çünki cəmiyyətimizin gələcəyi məhz gənclərimizdən asılıdır”, - deyə YAP Qadınlar Şurasının sədri vurğulayıb.
Konfransda məruzə ilə çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, BSU-nun prorektoru Sahibə Qafarova bildirib ki, bu gün əsas beynəlxalq sənədlərdə cinslər arasında bərabərlik, kişi və qadınlar üçün bərabər imkanların təmin edilməsi əsas prioritetlərdən biri kimi təsbit olunub. Onun sözlərinə görə, qadinların ictimai həyata daha çox inteqrasiya olunduğu bir zamanda zərif cinsin nümayəndələrinə geniş hüquqların verilməsi, onların bütün sahələrdə təmsilçiliklərinin artırılması, fəaliyyət sferalarının təhsil, səhiyyə kimi ənənəvi istiqamətlərdən daha da genişləndirilməsi, iqtisadi, sosial sahələrdə, hətta siyasi və dövlət idarəetməsində qadınların potensialdan səmərəli faydalanması kimi tədbirlər bir sıra məsələlərin uğurla həllinə şərait yaradır. Heç də təsadüfi deyil ki, bu gün dünya xalqlarının taleyinin müəyyənləşdirilməsində, bəşəriyyətin yeni inkişaf paradiqmalarının ortaya çıxmasında nüfuzlu qadın liderlərin əhəmiyyətli rolu vardır.
“Azərbaycan da demokratik norma və prinsipləri mənimsəmiş, uğurla inkişaf edən modern dövlət olaraq gender bərabərliyinin təmin edilməsi üçün önəmli addımlar atır, qadın hüquqlarının qorunmasına hər zaman diqqət göstərilir. Bu gün müstəqil Azərbaycanın qadınları parlamentdə, icra hakimiyyəti orqanlarında, bələdiyyələrdə, təhsil, səhiyyə sahələrində, biznes strukturlarında, kənd təsərrüfatında, orduda, idmanda, hüquq-mühafizə orqanlarında, İKT sahəsində kişilərlə bərabər vəzifələrdə təmsil olunurlar”, - deyə S.Qafarova söyləyib.
Tədbirdə həmçinin Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, BSU-nun kafedra müdiri Sevinc Axundova və Respublika Sanitariya-Karantin Müfəttişliyinin rəisi Sara Həsənova çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər.
Konfransda çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin sədr müavini Bahar Muradova əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Tədbirin aktual mövzuya həsr olunduğunu deyən B.Muradova Azərbaycan qadınlarının cəmiyyət həyatındakı rolundan geniş bəhs edib. O bildirib ki, bu gün Azərbaycan dövləti dünyaya sürətlə inteqrasiya edir. Vitse-spikerin sözlərinə görə, ölkəmizin inkişafında vətəndaşlarımız fəal rol oynayırlar və bu prosesdə qadınlar da bərabər şəkildə iştirak edirlər.
Yeni Azərbaycan Partiyasında qadınların rolundan danışan B.Muradova partiyada qadınların təmsilçiliyini “böyük ordu” kimi səciyyələndirib. O söyləyib ki, partiyamızın qadınları bu monolitliyi qorumalı və cəmiyyət üzvlərinin tərbiyəsinə öz töhfələrini verməlidirlər.
Ümumiyyətlə, konfransdakı çıxışlarda qeyd olunub ki, bu gün Azərbaycanda qadın hüquqlarının ən yüksək səviyyədə təminatından, gender bərabərliyindən bəhs olunursa, bu məsələdə Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əhəmiyyəti mütləq şəkildə vurğulanmalıdır. Bildirilib ki, Azərbaycanda uğurlu gender siyasətinin əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə qadın şəxsiyyətinin önəmini yüksək qiymətləndirib. Əsası Ulu öndər tərəfindən qoyulan Azərbaycanın gender siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Dövlət başçısı gender məsələlərinə xüsusi həssaslıqla yanaşır, bu sahədə bütün müvafiq addımların atılmasına şəxsən nəzarət edir.
Konfransda xüsusi olaraq qeyd olunub ki, tariximizin və mədəniyyətimizin bir çox parlaq səhifələri də məhz Azərbaycan qadınının adı ilə bağlıdır. Çox sevindirici haldır ki, bu gün də bütün fəaliyyətini xalqımızın, dövlətimizin daha da inkişafına həsr edən belə işgüzar, cəsarətli, vətənpərvər xanımlar vardır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti həm də hər bir azərbaycanlı qadın üçün fəxr, qürur mənbəyidir. Bildirilib ki, Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizin qorunması, xalqımızın zəngin irsinin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, gənc nəslin sağlam mühitdə böyüməsi və tərbiyə olunması, səhiyyənin, təhsilimizin, mədəniyyətimizin inkişafı sahəsində əvəzsiz xidmətləri yüksək ali ideallara və milli maraqlarımıza söykənir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxFormula 1
08 May 22:46
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53

