YAP Qadınlar Şurası bələdiyyə seçkiləri ilə bağlı bölgələrdə tədbirlər keçirir
31.10.2009 [11:31]
Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurası respublikanın bölgələrində müşavirələrin keçirilməsini davam etdirir. Bu tədbirlərlə bağlı YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva bildirib ki, məqsəd bələdiyyə seçkiləri ilə əlaqədar partiyanı təmsil edən qadınlarla görüşüb müzakirələr aparmaqdır. “Eyni zamanda, seçkilərlə yanaşı, şuranın ümumilikdə gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, qarşıda duran vəzifələr ətrafında geniş fikir mübadiləsi aparılır. Artıq bir sıra bölgələrdə tədbirlərimizi keçirmişik. Belə ki, bu görüşlər Mərkəzi Aran, cənub bölgələrini və başqa rayonları əhatə edib. Noyabrın sonlarına qədər bu tədbirlərimiz davam etdiriləcək. Qeyd etmək istəyirəm ki, görüşlər çox səmərəli keçir. Bizi sevindirən cəhət odur ki, ucqar rayonların qadınları ölkədəki ictimai-siyasi prosesləri diqqətlə izləyir və öz mövqelərini ortaya qoyurlar” - deyə N.Əliyeva vurğulayıb.
YAP Qadınlar Şurasının sədri qeyd edib ki, bu gün ölkənin bütün bölgələrində böyük quruculuq işləri həyata keçirilir, rayonlar, kəndlər abadlaşır və yeni-yeni iş yerləri açılır. Bölgələrə səfərlər zamanı bu inkişafın şahidi olduqlarını deyən N.Əliyevanın sözlərinə görə, bu proseslərdə qadınlar da fəal iştirak edirlər. Görüşlər zamanı müxtəlif məsələlərlə bağlı qadınların müəyyən təkliflər irəli sürdüyünü deyən həmsöhbətimiz hesab edir ki, bu, bölgələrdə yaşayan qadınlarımızın yüksək intellektə malik olmasının göstəricisidir. “Bütün bunlar bizi çox sevindirir. çünki övladlarımızın gələcəyi, cəmiyyətimizin, gəncliyimizin tərəqqisi də qadınların fəallığından çox asılıdır” - deyən N.Əliyeva əlavə edib ki, hazırda zərif cinsin nümayəndələrinin bələdiyyələrdə təmsilçiliyi prioritet məsələlərdəndir.
“Bu gün Azərbaycan qadını ictimai-siyasi proseslərdə fəal iştirak edir, eləcə də, dövlət idarəçiliyində onların təmsilçiliyi yüksəkdir. Qadınların bələdiyyələrdə də təmsilçiliyi günün tələbidir. Əlbəttə, bələdiyyələr daha çox əhalinin sosial məsələləri ilə məşğul olan qurumdur. Və qadınların yerli özünüidarəetmə orqanlarında təmsilçiliyi ana şəfqəti, ana diqqəti, ana ədalətinin bu quruma gətirilməsi deməkdir. Keçirdiyimiz görüşlərdən məlum oldu ki, ümumilikdə partiyamız tərəfindən bələdiyyə üzvlüyünə irəli sürülən namizədlərin 30-35 faizi qadınlardır. Görüşlərdə namizəd qadınlarla söhbət etdik və inanırıq ki, onlar qələbə qazanacaqlar, öz işlərində prinsipial, fəal və ədalətli olacaqlar” - deyə o, bildirib.
N.Əliyevanın sözlərinə görə, qadınlara yaxşı gələcək lazımdır ki, yeni nəsil çox vətənpərvər, tərbiyəli, savadlı böyüsün: “Şükürlər olsun ki, bu istiqamətdə böyük nailiyyətlər əldə olunub. Məktəblər müasir tələblərə cavab verir, gənc nəsil dövlət qayğısı ilə əhatə olunub. Qadınlar bacardığı qədər öz fəaliyyətlərini cəmiyyətimizdən, dövlətimizdən əsirgəməməlidir. Bu baxımdan, Heydər Əliyev Fondunun fəaliyyəti xüsusilə qeyd olunmalıdır. Fond bir sıra mühüm layihələr həyata keçirir ki, bütün bunlar sosial sifariş, cəmiyyətin tələbatından doğan addımlardır. Böyük və çoxşaxəli fəaliyyəti ilə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva bütün qadınlara nümunə olmalıdır”.
Nardar
Xəbər lenti
Hamısına baxGündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57

